Sabah, 17 noyabr tarixində Bakının Muzey Mərkəzində rəssam Vədud Müəzzinin “Mistik aləmlər” adlı fərdi sərgisi başlanacaq. Bu haqda bu gün, 16 noyabr tarixində Bakuplus.az Azərtac-a istinadən məlumat verir.
Sərgidə 50-yə yaxın əsər nümayiş olunacaq.
Bu, Vədud Müəzzinin Muzey Mərkəzinin Sərgi Qalereyasında təşkil olunan sayca dördüncü sərgisidir. Rəssam 1960-cı ildə İranın Ərdəbil şəhərində anadan olub. O, öz yaradıcılıq fəaliyyətinə 1980-ci ildə başlayıb. Rəssam indiyədək ABŞ (Kaliforniya), Kanada və Avropada (Münhen və Paris) fərdi və qrup şəklində sərgilərdə iştirak edib.
Sərgi noyabrın 21-nə kimi saat 10:00-dan 18:00-dək davam edəcək. Giriş sərbəstdir.