M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin şagirdi “Şuşa İli”nə həsr olunmuş muğam festivalında uğurla iştirak edib. Bu haqda 1 iyul tarixində Bakuplus.az Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə istinadən xəbər verir.
Beynəlxalq Muğam Mərkəzində “Şuşa İli”nə həsr olunmuş festivalda iştirak edən məktəbin xanəndə sinfinin şagirdi Gülyaz Həsənzadə (müəllim Kamilə Abdullayeva) uğurla çıxış edərək Respublika üzrə lll yerə layiq görülüb.
Festivalda Xalq artisti Teyyub Aslanov, Xalq artisti Gülyaz Məmmədova və Əməkdar artist Zakir Əliyevdən ibarət münsiflər heyəti qızcığazın çıxışını qiymətləndiriblər.