Dekabrın 8-də Heydər Əliyev Sarayında Emin Ağalarovun canlı konserti baş tutacaq. Bu haqda bu gün, 4 dekabr tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Konsertdə Xalq artisti yeni musiqili proqramını təqdim edəcək. Repertuarda gələcək inglisdilli albomundan, həmçinin yeni aranjimanda rus dilində olan “MMM”, “Ангел Бес”, “Отпусти и лети”, “Забыть тебя” və s. hitlər yer alacaq.
Biletləri şəhərin kassalarından və onlayn əldə etmək mümkündür. Satışda az sayda bilet qalıb.