Bakıda dekabrın 9-da Rəşad Bayramovun “İnsanlara təsir etməyin 9 yolu” kitabının təqdimatı və imza günü keçiriləcək. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az Libraff.az-a istinadən xəbər verir.
Tədbirdə Rəşad Bayramov auditoriya qarşısında effektiv çıxış etməyin qaydaları, insanlara təsir etməyin yolları haqqında məlumat verəcək.
Kitab təqdimatı saat 15:00-da “Libraff” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında baş tutacaq.
Tədbirə giriş sərbəst olacaq. Ünvan: Hüseyn Cavid pr., 100 (“Elmlər Akademiyası” m/s-nın əsas girişi ilə üzbəüz).