Bakıda okyabrın 28-də Elxan Elatlı ilə görüş və yeni nəşr olunan kitablarının təqdimatı keçiriləcək. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az Libraff.az-a istinadən xəbər verir.
Tədbir saat 15:00-da “Libraff” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında təşkil olunacaq.
İmza saatında "Niyə susursan, polkovnik?", "Dilənçi qadının sirri", "Mərtəbələr" kitablarını yerində əldə etmək və imzalatmaq mümkün olacaq.
Görüşdə müəllifin kitablarından hər hansı birini əldə edən oxucular iştirak edə bilərlər.
Ünvan: Hüseyn Cavid pr., 100 (“Elmlər Akademiyası” m/s-nın əsas girişi ilə üzbəüz).