Suraxanı muzey-gəmisinin eksponatlarına yeni əşyalar əlavə olunub. Bu haqda bu gün, 12 avqust tarxində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidməti məlumat verib.
Suraxanı gəmi-muzeyini ziyarət edənlərə tarix elmləri doktoru, Milli Azərbaycan Tarixi Muzeyinin (İTM) numizmatika fondunun rəhbəri Aygün Məmmədovanın tədqiq etdiyi 6 ədəd sikkə hədiyyə olunacaq.
XII-XIII əsrlər, Atabəylər dövrünə aid edilən bu sikkələr Azərbaycanda zərb edilən mis fəslərdən ibarətdir. Onlardan o dövrün pul təsərrüfatında istifadə edilirdi.
[URIS id=58343]