Mədəniyyət naziri paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində tarixi abidələri ziyarət edib. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə istinadən xəbər verir.
Nazirlə birlikdə bir sıra rəsmi qurumların nümayəndələri “Kurqan çölü”, “Türkan yaşayış yeri” və “Daş yollar” tarixi abidələrinə baxış keçiriblər. Onlara müdaxilə zamanı dəymiş zərərin müəyyən edilməsi üçün tapşırıq verilib.
Bundan əlavə, abidələrin qorunması üçün ərazi çəpərlənib, arxeoloqlar cəlb olunublar.
[URIS id=52324]