Tarix Muzeyində Qarabağ xanlığına aid nadir eksponatların təqdimatı olacaq. Bu haqda Bakuplus.az 18 iyun tarixində muzeyə istinadən məlumat verir.
Milli Azərbaycan Tarixi Muzeyində iyunun 20-də Qarabağ xanlığına aid nadir eksponatların nümayişi olacaq. Tədbirdə üzərində Qarabağda zərb olunması barədə yazının əksini tapdığı XIV əsrin gümüş pulu, Qarabağ xanlığının pulları, Şuşa qala qapısının iki gümüş açarı, İbrahimxəlil xanın hakimiyyət rəmzi olan şeşpəri və digər eksponatlar nümayiş etdiriləcək.
Həmçinin Pənahəli xan Cavanşirin başdaşı bərpadan sonra ilk dəfə burada nümayiş olunacaq.
Açılış mərasimi 11:00-da baş tutacaq və eksponatlar sentyabra qədər sərgilənəcək.