Paytaxtın Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38 ünvanında yerləşən “8-ci km Ticarət Mərkəzi”ndə bir sıra nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 22 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Keçirilən yoxlamalar zamanı aşkar olunan nöqsanların bəziləri aşağıdakılardır:
- Ticarət mərkəzinin ərazisində su hovuzunun üzərində və ətrafında satış məqsədilə piştaxtalar quraşdırılıb, eləcə də yanğın su kranları işlək vəziyyətdə deyil, qarşısı müxtəlif mal və materiallarla bağlanılıb;
- Obyektin elektrik təchizatı və elektrik qurğuları təhlükəsizlik tələblərinə riayət etmir, bəzi sahələrdə yanar konstruksiyaların üzəri ilə elektrik xətləri çəkilib;
- Təxliyə yollarında müxtəlif ölçüdə çoxsaylı tezalışan materiallardan müvəqqəti satış köşkləri və piştaxtalar quraşdırılaraq sərbəst hərəkət bağlanıb;
- Ticarət mərkəzinin perimetri boyunca vətəndaşların küçə ticarəti ilə məşğul olması səbəbindən yanğın avtomobillərinin ticarət mərkəzinə yaxınlaşması mümkün deyil.
Bununla əlaqədar ticarət mərkəzinin sədri Rüfət Məmmədov məsuliyyətə cəlb olunub. Ona problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verilib.
[URIS id=76016]