Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində gül bazarı keçirilir. Bu haqda bu gün, 14 may tarixində Bakuplus.az “Sariban” dekor evinə istinadən xəbər verir.
Tədbir Sabir, Dirçəliş və Səfəvilər küçəsində 14-15 may saat 12:00-dan 19:00-a qədər təşkil olunacaq.
Bazarda Əlvan geyimli animatorlar, şirniyyatlar, əl işləri, əyləncələr, musiqi, rəqslər və ətirli çiçəklər təqdim olunacaq.
Giriş sərbəstdir.