Bakıda qadın dəm qazından zəhərlənərək ölüb. Bu haqda APA 11 fevral tarixində xəbər verib.
Paytaxtın Sabunçu rayonu, Natavan küçəsində 38 yaşlı Natavan Kərimova yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.