Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Nardaran sakinləri ilə görüşüb. Bu haqda BakuPlus.az RİH-nin mətbuat xidmətinə istinadən bu gün, 30 avqust tarixində xəbər verir.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin ötən gün Nardaran qəsəbəsi 295 saylı tam orta məktəbin akt zalında qəsəbə sakinləri ilə səyyar görüşü keçirilib.
Görüşdə qəsəbə sakinləri qəsəbənin ümumi problemlərinin, həmçinin onları narahat edən şəxsi məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər ediblər.
Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib. Qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verib.
[caption id="attachment_66961" align="alignnone" width="800"]
Foto Sabunçu Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]