Paytaxtın Səbail rayonunda yerləşən Dövlət Bayrağı Meydanında drift üzrə yarış keçiriləcək. Bu haqda bu gün, 17 noyabr tarixində Bakuplus.az Azərbaycan Avtomobil Federasiyasına istinadən xəbər verir.
“V1 Challenge" Bakı kubokunda yerli və xarici pilotlar drift edəcək, avtomobillə müxtəlif şoular göstərəcəklər.
Tədbir 27 noyabr tarixində baş tutacaq. Giriş sərbəstdir.