Paytaxtın Səbail rayonu, Bibiheybət qəsəbəsində icra nümayəndələri və sakinlər arasında görüş keçirilib. Bu haqda bu gün, 23 sentyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Tədbirdə İcra Hakimiyyəti başçısı, onun müavinləri, aparatın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Görüşdə fərdi yaşayış evlərinin təmir olunması, qaz, su və kanalizasiya xətlərinin yenilənməsi və digər sosial problemlərlə bağlı mövzular müzakirə olunub.
Sakinləri narahat edən məsələlərin həlli üçün yerində müvafiq tapşrıqlar verilib.