Səbail rayonunda aparılan abadlıq və quruculuq işləri mərhələli şəkildə həyata keçirilir.
Bakuplus.az Səbail Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, 20-ci sahə yaşayış massivi, Gülbala Əliyev küçəsi 14 ünvanında yeni asfalt örtüyünün çəkilməsi işlərinə başlanılmışdır.
Qeyd edək ki, son 6 il ərzində Səbail rayonunun müxtəlif ünvalarında 70 km-dən artıq yolların asfaltlanma işləri aparılmışdır.
