top
Ağsaqqallar günündə o qədər də ağ olmayan düşüncələr
01 oktyabr 2024, 01:00
- ↺ +

Ağsaqqallar günündə o qədər də ağ olmayan düşüncələr

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma!”

Bu gün, oktyabrın 1-i, dünyada Ahıllar Günü qeyd edilir. 1991-ci ildə BMT-nin Baş Assambleyasının 45-ci sessiyasında belə bir qərar qəbul edilib. Azərbaycan dalğasına və Azərbaycan koloritinə köklənsək, bu günü ağsaqqallar günü adlandırmalıyıq. Əslində, yaşadığımız diyarda ta qədimdən böyüyə, ağsaqqala, ağbirçəyə ehtiramın nəhəngliyini, bu institutun əsrlər boyu hansı əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, o zaman bu günü əsl bayram kimi qeyd edilməsinin labüdlüyünü etiraf etməli olarıq. Yaşından asılı olmayaraq hər kəs həyatında heç olmasa bir dəfə “Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma!” deyimini eşidib. Yox-yox, bu heç də o anlama gəlməməlidir ki, qədim Odlar diyarında Allaha, peyğəmbərlərinə, nazil etdiyi Kitablara hörmət bəslənməyib. Əsla belə deyil! Sadəcə olaraq bu ifadə ilə əcdadlarımız ağsaqqalın, böyüyün nə dərəcədə əhəmiyyətli olduğunu vurğulayıblar. Odur ki, beynəlxalq müstəvidə yalnız 1991-ci ildən diqqət yetirilən məsələ, əslində, Azərbaycanda əsirlər öncə taxta əyləşdirilib, başına da tac qoyulub. Amma...

Pir baba əvəzinə Siri

Bir vaxtlar Azərbaycanda ağsaqqallar həqiqətən də cəmiyyətin göz bəbəyi idilər. Geniş məclislərdə baş yerlər, çayxanalarda ən yaxşı masalar, ailə iclaslarında isə “məsləhət otaqları” onlara məxsus idi. Hər kəs onların dediyi “qızıl kəlamlara” əməl edir, ən adi məsələ belə ağsaqqalın məsləhəti olmadan həll olunmazdı. İndi isə… Sanki vaxt tərsinə dönüb, kiminsə sehrli əli qum saatını fırladıb və dənəciklər əks istiqamətdə səpilməkdədir. Futbol terminologiyasından istifadə etsək, ağsaqqallar son illər “offsayd” vəziyyətindədirlər, hətta deyərdik ki, onlara “qırmızı vərəqə” göstərilib. Artıq gənclər nənə-babalara üz tutmurlar, məsləhət üçün “Google”da axtarışa  üstünlük verirlər. Rəqəmsallaşan dünyada ağsaqqal institutu da rəqəmsallaşıb. Qədim adət-ənənələr yerini "Instagram story"lərə, TikTok trendlərinə, YouTube kanallarına verib. “Ağsaqqalı neynirik? YouTube-da hər sualın cavabı var!” alternativini şüar edənlərin sayı günbəgün artmaqdadır. Onlar telefonlarını çıxarıb "Hey, Google" və ya "Siri, bu məsələ necə həll olunmalıdır?" deyirlər. Bəli, indi Pir babanı Siri əvəzləyib...

Geriyə yol varmı?

Beləliklə də, əksər gənclər ağsaqqallara nəinki əvvəlki nəsil kimi hörmət etmir, hətta onların məsləhətlərini qəbul etmək belə istəmirlər, onlara istifadə müddəti bitmiş bir varlıq münasibəti bəsləyirlər. Bu pisdirmi? Bəlkə elə hər şey yaxşılığa doğru gedir? Əslində, göz önündə olan nəticələr bu məsələyə tam aydınlıq gətirir. Məsələn, hər dəfə statistik göstəricilər açıqlananda, media resurslarında bir təlatüm yaşanır: “Vay-vay! Boşanmaların sayı gör nə qədər artıb! Axı niyə bizdə ailə institutu tənəzzül dövrünü yaşayır?” Hansısa sayt analitik yazı dərc edir, hansısa ekspert rəyi alır... Vəssalam. Növbəti statistik rəqəmlər dərc edilənə qədər mövzu unudulur. Və yaxud kimsəsizlər evlərinin, uşaq evlərinin sakinlərinin sayının durmadan artması ara-sıra KİV-in diqqət mərkəzinə düşür. Yenə növbətçi sözlər, növbətçi məqalələr... Misalları davam etdirmək olar. Amma ümumi mənzərə aydındır. Səbəbi də nəsillər arasındakı bağların qırılması, konfliktli vəziyyətlərdə yaşlı nəslin təmkinin, səbrinin, müdrik məsləhətlərinin qıtlığı və ya tamamən olmamasıdır. Və bu o qədər də ürəkaçan vəziyyəti saflaşdırmaq, əslində, ümumən cəmiyyətimizin saflaşdırmasına xidmət edər. Əlbəttə ki, bunu elliklə bacarsaq. Qanunlarla, qadağalarla bu məqsədə çatmaq mümkünsüzdür. Ümid qalır... Bəlkə də gənclər bir gün "Google Baba"nın cavablarının heç də hər zaman ağsaqqalın təcrübəsi qədər dərin olmadığını dərk edər. Bəlkə bir gün gənclər öz TikTok videolarını kənara qoyub yenidən uzun-uzadı hekayələri dinləmək üçün babaların, nənələrin yanına dönərlər. Bəlkə də ağsaqqalların dəyərini bir cəmiyyət olaraq yenə də anlayacağıq. Bəlkə də... Amma bu, hələ gələcək perspektivdir. Hətta deyərdik ki, uzaq perspektiv…

Vüsal Əliyev

 

Son xəbərlər

Xəbər
Bu gün, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Bu gün, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Oxşar xəbərlər