top
Asəf Zeynallının doğum günüdür
05 aprel 2025, 00:20
- ↺ +

Asəf Zeynallının doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

5 aprel görkəmli bəstəkar Asəf Zeynallının doğum günüdür.

Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu ildə Dərbənddə doğulub.

11 yaşı olanda ailəsi Bakıya köçüb. O, əvvəlcə hərbi məktəbin nəzdində nəfəsli orkestrdə truba çalmağı öyrənir, sonra Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alır. "Truba üçün pyes"ini 14 yaşında texnikumda özü ifa edir.

Asəf Zeynallı 1923–1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirib.1929–1931 illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləyib. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olublar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.

Görkəmli bəstəkar 23 il ömür sürməsinə baxmayaraq milli musiqi sənətində silinməz iz qoyub. Milli romans, piano və simfonik musiqinin banisidir. Onun "Ölkəm", "Sərhədçi", "Çadra", "Sual", "Seyran" romansları milli vokal musiqimizin inciləridir. Piano üçün "Uşaq süitası" silsiləsi, "Çahargah" pyesi, violino və piano üçün "Muğamsayağı", 2 fuqa, simfonik orkestr üçün "Fraqmentlər", teatr tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir. Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük iş görüb. "İbtidai not savadı" adlı dərslik tərtib edib.

Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı ən məşhur əsəri hesab olunur.

Asəf Zeynallı 27 oktyabr 1932-ci ildə yaradıcılığının inkişaf etdiyi bir dövrdə, yatalaq xəstəliyindən vəfat edib. Çəmbərəkənd qəbiristanlığında dəfn olunub, sonralar "Qurd Qapısı" qəbiristanlığına köçürülüb.

Bəstəkar musiqiçi Kövkəb Səfərəliyeva ilə nişanlı olub. Asəf Zeynallı 1932-ci ildə 23 yaşında vəfat etdikdən sonra Kövkəb xanım ondan sonra heç vaxt ailə həyatı qurmayıb.

Son xəbərlər

Nərimanov
Bu gün, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Bu gün, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Bu gün, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Bu gün, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Bu gün, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Oxşar xəbərlər