Bakıda 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib. Hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Bu haqda 3 noyabr tarixində Report DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verib.
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində həmin satıcılar aşkarlanaraq onlar barəsində inzibati tədbir görülüb.
Onlar İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) cəzalandırılıblar.
Bu istiqamətdə tədbirlər davam etdirilir.