Bakıda sabah gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətin xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-23, gündüz isə 26-29 dərəcə isti olacaq.