Bakıda quldurluq etmiş şəxslər yaxalanıblar. Hadisə Binəqədi rayonunda baş verib. Bu haqda Azərtac 19 noyabr tarixində xəbər verib.
Binəqədi Rayon Polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş İ.Abbasov və M.Muradov müəyyən edilərək saxlanılıblar.
Həmin şəxslər 20 avqust tarixində Binəqədi qəsəbəsi ərazisində F.Mustafayevi avtomobilindən düşürərək döyən və içərisində bank kartı və sənədlər olan pulqabısını götürməkdə şübhəli bilinirlər.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.