Səbail rayonunda avqustun 14-də, Vətən müharibəsi şəhidi Fərid Əliyevin doğum günündə məzarı ziyarət olunub. Bu haqda 15 avqust tarixində Bakuplus.az Səbail RİH istinadən xəbər verir.
Şəhidin məzarı üzərinə əklil qoyulub, tər güllər düzülüb, şəhidimizin ruhuna dualar oxunub.
Tədbirdə Səbail RİH-nin başçısı Vüqar Zeynalov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, millət vəkili Nigar Arpadarai, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Fərid Əliyev noyabrın 6-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və "Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.
[caption id="attachment_58805" align="alignnone" width="800"]
Foto Səbail rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]