Mərkəzi klinikada 9 günlük körpə uğurla əməliyyat edilib. Bu haqda bu gün, 23 dekabr tarixində Medicina.az məlumat verib.
Körpə nadir rast gəlinən ürək qüsuru ilə doğulmuşdur. Əməliyyatı klinikanın baş həkimi, Ürək-Damar Cərrahiyyəsi şöbəsinin ürək-damar cərrahı Kamran Musayev icra edib.