“Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Bu haqda BakuPlus.az Bakı Metropoliteninin mətbuat xidmətinə istinadən bu gün, 16 avqust tarixində xəbər verir.
Qarabağ FK UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirəcəyi beynəlxalq oyunla əlaqədar, Bakı Metropoliteninin “Gənclik” stansiyası avqust ayının 17-si, matçın başlama vaxtı ərəfəsindən gücləndirilmiş iş rejimində çalışacaq.