Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakının Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində təmir işləri aparılıb. Bu haqda bu gün, 10 avqust tarixində qurumun mətbuat xidməti məlumat verib.
Küçədə aparılan təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınıb, yeni asfalt örtüyü döşənib, piyada səkiləri bərpa edilib. Bundan əlavə, küçə lazımi yol nişanları və üfüqi nişanlanma xətləri ilə təchiz olunub.
Hazırda Yasamal rayonunda ümumi uzunluğu 6 kilometr olan 5 küçədə təmir işləri aparılır.
[caption id="attachment_57663" align="alignnone" width="800"]
Foto AAYDA-nın rəsmi Telegram kanalı[/caption]