Bakıda iki avtomobil toqquşub, 3 nəfər ölüb.
Bakuplus.az xəbər verir ki, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.
Samir Paşayevin idarə etdiyi "Saipa" markalı avtomobillə 2003-cü il təvəllüdlü Nazim Musayevin idarə etdiyi "Toyota Prius" markalı avtomobil toqquşub.
Nəticədə "Saipa" markalı avtomobildə olan sərnişinlər Polad Salmanov, Rövşən Hüseynov və "Toyota Prius"un sərnişini Nizami Soltanov hadisə yerində ölüb.