top
Bakıdakı məşhur tikili: “Müqəddəs bakirə Məryəmin məsum hamiləliyi” kilsəsi
30 yanvar 2025, 09:00
- ↺ +

Bakıdakı məşhur tikili: “Müqəddəs bakirə Məryəmin məsum hamiləliyi” kilsəsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hələ 1912-ci ildə hazırkı Zərifə Əliyeva (vaxtilə Merkuryevskaya) və  Rəşid Behbudov (vaxtilə Kaspiyskaya) küçələrinin kəsişməsində, neft maqnatı – Rılskilər ailəsi və məşhur neft mütəxəssisi, polşalı mesenat Vitold Zqlenitskinin maliyyə dəstəyi ilə (memarı polşalı İosif Kasperoviç Ploşko) “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” kostyolu (polyak katolik kilsəsi) inşa edilib. Sovet dövründə - 1934-cü ildə həmin kostyol dağıdılıb və onun yerində Dzerjinski adına klub (indiki Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi) tikilib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dini icmalara bərabər şərait yaradıldığı kimi katolik icmasına da qayğı göstərilib və Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə dini məbədə ehtiyac duyan katoliklər üçün o vaxt bolşeviklər tərəfindən uçurulmuş kilsənin yerinə yenisinin inşa edilməsi məqsədi ilə ərazi ayrılıb. Bu ərazi 2004-cü ildə Azərbaycana gələn Vatikanın nümayəndə heyətinin başçısı kardinal Toran tərəfindən Roma-Katolik Kilsəsinin ənənəsinə uyğun olaraq təqdis edilib. Bir il sonra isə ölkəmizə səfər edən Roma-Katolik Kilsəsinin rəsmisi kardinal Kresçensio Sepe Prezident İlham Əliyev tərəfindən qəbul edilib, digər dini icmaların rəhbərləri ilə görüşüb və daha sonra tikiləcək kilsənin təməlqoyma mərasimində bünövrəyə yerləşdiriləcək ilk daşı təqdis edərək xeyir-dua verib.

Bolşeviklər tərəfindən uçurulan "Bakirə Müqəddəs Məryəm" kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb. Kilsə Bakı şəhəri, Xətai rayonu, İzzət Orucov küçəsi, 2A-da yerləşir. Eyni vaxtda 250-300 nəfərin ibadət edə biləcəyi salonu olan bu kilsə Neapol Memarlıq Universitetinin professoru Pado Ruceyro və Bakı şəhərinin baş memarı Akif Abdullayevin layihəsi əsasında inşa olunub. 2007-ci ilin aprelində Roma-Katolik Kilsəsinin Cənubi Qafqaz üzrə apostol nunsisi arxiyepiskop Klaudio Qudcerotti yeni kilsəni təqdis edib və ilk ibadəti həyata keçirib.

Kilsənin rəsmi açılışı isə Vatikanın dövlət katibi kardinal Tarçizio Bertonenin 2008-ci ilin martında Azərbaycana səfəri çərçivəsində baş tutub. Açılış mərasimində dövlət başçısı İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, aparıcı dini icmaların rəhbərləri, diplomatik korpusun nümayəndələri və xarici qonaqlar iştirak ediblər.

Mənbə: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytı - scara.gov.az

Son xəbərlər

Xəbər
Bu gün, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Bu gün, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Bu gün, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Bu gün, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Bu gün, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Bu gün, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Bu gün, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Bu gün, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Bu gün, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Bu gün, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Bu gün, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Bu gün, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Bu gün, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Oxşar xəbərlər