top
Bariatrik cərrah: “Bu günə qədər ölkəmizdə 9 min mədəkiçiltmə əməliyyatı keçirilib” – AÇIQLAMA
01 oktyabr 2024, 06:34
- ↺ +

Bariatrik cərrah: “Bu günə qədər ölkəmizdə 9 min mədəkiçiltmə əməliyyatı keçirilib” – AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son illər artıq çəkidən əziyyət çəkən insanlar xilas yolunu cərrahi müdaxilədə görürlər. Xüsusən də xanımlar zərif görünmək üçün mədəkiçiltmə əməliyyatına daha çox maraq göstərirlər.

Dünyada, o cümlədən Azərbaycanda da bu üsulla artıq çəki dərdindən qurtulanlar az deyil. Lakin bu əməliyyatların fəsadları bəzən faciəli nəticələrə gətirib çıxarır. Hətta bəziləri bu əməliyyatı keçirən insanların sonradan xərçəng xəstəliyinə düçar olduğunu deyirlər.

Bəs görəsən, mədəkiçiltmə (bariatrik) əməliyyat hansı xəstəliklərə yol aça bilər? Əməliyyatın nə kimi riskləri var?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən aparoskopik-bariatrik cərrah Taryel Ömərov deyib ki, piylənmə əsrin qlobal xəstəliyinə çevrilib:

“Mədəkiçiltmə əməliyyatı dediyimiz bariatrik əməliyyat metobolik cərrahiyyənin bir bölümüdür. İnsanlar piylənməni xəstəlik kimi qəbul etmək istəmirlər. Bu əməliyyat 30 ilə yaxındır dünya dövlətlərində rəsmi olaraq qəbul olunub və tətbiq edilir. Dünyada orta hesabla il ərzində 450-480 min arası təkcə mədəkiçiltmə əməliyyatı həyata keçirilir. Ölkəmizdə 11 ildir belə əməliyyatlar 11 mərkəzdə icra olunur. 9 min nəfər mədəkiçiltmə əməliyyatı olunub və sağlamlığına qovuşub.

Bu əməliyyatların çox gözəl müsbət xüsusiyyətləri var. İdmandan və pəhrizdən effektiv nəticə ala bilməyən ağırçəkili, aşırı piylənmədən əziyyət çəkən xəstələr bir çox xəstəliklərə mübtəla ola bilərlər. Diabet, ürək-damar xəstəlikləri və qaraciyər yağlanması kimi problemlərin tam həllinə yönəlik əməliyyatdır. Yalnız pasiyentin istəyi ilə əməliyyat olunmamalıdır”.

T.Ömərov qeyd edib ki, piylənmə yaşama imkanlarını azaldır:

“Bu əməliyyatdan sonra diqqət etməli məqamlar ortaya çıxır. Əməliyyatdan 15 gün sonra pasiyentlərdə müəyyən problemlər əmələ gələ bilər. Tikiş xətti açıla, qanama mümkündür. Bu, dünya statistikasında qəbul və təsdiq olunan rəsmi göstəricidir. Buna görə də əməliyyatdan sonrakı dövrdə 4-5 həftə qidalanma proqramına diqqət etmək lazımdır. Bunu tövsiyə edirik.

Artıq çəkili insanlar problemli pasiyentlərdir. Piylənmə özü bir xəstəlikdir. Orqanizmin bir çox orqanının funksiyalarını, hüceyrələrini pozur. Əgər 120 kiloqramlıq və 60 kiloqramlıq pasiyentlər üzərində hər hansı əməliyyat aparırıqsa, ağır çəkililərdə bu daha risklidir”.

“Əməliyyatdan sonrakı dövrdə xəstəni ciddi diqqətdə saxlamaq lazımdır. İlk bir ay nəzarətdə qalmalıdır. Əməliyyatdan sonrakı bir il ərzində ciddi arıqlama baş verir. Xəstə effektiv nəticə görə bilir. Ağırlaşmaların olmaması üçün pasiyentləri beynəlxalq protokollara əsasən seçməliyik. Mütləq şəkildə izah etməli, diqqətdə saxlamalıyıq. İlk iki həftə mütləq şəkildə bəzi məqamlara diqqət etməliyik”, - deyə T.Ömərov fikrini tamamlayıb.

Nəzrin Vahid

 

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Oxşar xəbərlər