Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yerləşən sex cərimələnib. Bu haqda bu gün, 13 noyabr tarixində Ekologiya Nazirliyi məlumat yayıb.
Armatur sexi kimi fəaliyyət göstərən müəssisə havaya normadan artıq tullantı buraxdığından, rəhbərliyi 4000 manat məbləğində cərimə olunub.
Tikilidə təmizləyici qurğunun quraşdırılması üçün obyekt sahibinə məcburi göstəriş verilib.
Bundan əvvəl, 12 noyabr tarixində paytaxt ərazisində yerləşən 10 şadlıq sarayı təmizləyici qurğuları nasaz olduqları üçün cərimələnmişdir.