Paytaxtın Binəqədi rayonu Xocəsən qəsəbəsində ətraf mühitə ziyan vurma faktları aşkarlanıb. Bu haqda bu gün, 18 noyabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
2 ədəd “KamAZ” markal yük avtomobilinin qeyd olunan qəsəbə ərazisində tullantıları və çirkab suları eyni yerə boşaldaraq preslənməsi aşkar edilib.
Oxşar hadisə Suraxanı rayonu Bülbülə gölü yaxınlığında da müəyyən edilib.
Hər iki faktla bağlı məsul şəxslərə protokol tərtib olunub.