Bu gün, 12 dekabr tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür. Bununla bağlı indiyədək Fəxri xiyabana insan axını davam edir. Bu haqda bu gün, 12 dekabr tarixində APA məlumat verib.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin inspektoru Araz Əsgərli bildirib ki, yollarda günün pik saatları olmasına baxmayaraq, hər bir istiqamətdə hərəkət tənzimlənir. Mikayıl Müşfiq küçəsində, Parlament prospekti istiqamətində hərəkət sıxdır. Hazırda hərəkətin tənzimlənməsi üçün yol polisi əməkdaşları səfərbər olunublar.
Hazırda Parlament prospekti və M.Müşfiq küçəsinin bir hissəsi avtomobil hərəkəti üçün bağlı qalır.