top
Elşad Barat: “Ramiz Rövşən Balaəli ilə deyişsə, hamı meyxanaçını dəstəkləyəcək” - FOTO
17 fevral 2025, 04:52
- +

Elşad Barat: “Ramiz Rövşən Balaəli ilə deyişsə, hamı meyxanaçını dəstəkləyəcək” - FOTO

Bakuplus.az 44 günlük Vətən Müharibəsi şəhidlərinin hər birinə bir şeir həsr etməyi qarşısına məqsəd qoymuş Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, yazıçı, şair Elşad Baratla müsahibəni təqdim edir.

- Elşad bəy, Azərbaycanda yazıçıların, şairlərin əksəriyyəti yaradıcılıqla yox, başqa işlərlə məşğul olaraq bir qismət çörək qazanırlar. Ümumi götürəndə bu mənzərə yaradıcılığın keyfiyyətinə necə təsir göstərir?

- Tarix boyu bütün cəmiyyətlər yeni formalaşan sənətə yanlış qiymət verib, amma zaman hər şeyi yoluna qoyub. Bir yazıçının yaşadığı dövrdə layiq olduğu qiyməti ala bilməməsi də məhz bununla bağlıdır. Sən gərək cəmiyyətin təfəkkür səviyyəsində danışasan, yazasan ki, cəmiyyət səni başa düşə. Amma hər bir ziyalı ona görə ziyalı adlanır ki, onun təfəkkür səviyyəsi adi insanların təfəkkür səviyyəsindən öndə olur. Tutaq ki, Xalq şairi Ramiz Rövşən meyxana desə və Balaəli ilə deyişsə, hamı meyxanaçını dəstəkləyəcək. Niyə? Çünki Balaəli xalqın təfəkkür səviyyəsində, başa düşdüyü dildə meyxana deyəcək, amma Ramiz Rövşən öz təfəkkür səviyyəsində deyəcək, kütlə də onu o anda dərk etməyəcək. Dərk etmədiyi üçün də Ramiz Rövşənə qiymət verməyəcək. Ramiz Rövşən də məcbur olub tərcüməçi işləyəcək ki, dolana bilsin. Burada söhbət təkcə Ramiz Rövşəndən getmir, bütün əsl şair və yazıçılar bu həyatı yaşayır. Ona görə yaradıcılıq keyfiyyəti də istər-istəməz aşağı düşür, yəni sən tərcüməçi yox, şair işləsən yaradıcılığın daha keyfiyyətli olar.

- Əlisa Nicatın Səməd Vurğunu tənqid etməsindən yəqin ki xəbəriniz oldu. Bu məsələdə məni narahat edən məsələ alternativ fikrə hörmətsiz münasibət oldu. Səməd Vurğunun müdafiəsinə qalxanlar Əlisa Nicatı söymək yolu tutdu. Üstünə əməlli-başlı hücuma keçdilər. Sizcə Azərbaycanda alternativ yanaşmaya niyə bu qədər hörmətsiz münasibət var?

- Mən bu məsələyə münasibət bildirməmişəm, amma qısaca deyim ki, bu səviyyədə münasibəti Əlisa Nicatdan gözləmirdim. Hər yaş dövrünün tələbi başqadır. 10-15 il öncə mən də üsyan hissi ilə dolu yazılar yazırdım, hətta təhqiramiz ifadələr də işlədirdim, amma indi düşünürəm ki, düzgün etməmişəm, yaşım qırxa çatır, öz səhvlərimi görə bilirəm. Əlisa Nicat isə 100 yaşı haqlayıb, cavanlığı indi yadına düşüb, adına, imzasına, yaşına yaraşmayan söhbətlər edir. Ümumiyyətlə, Əlisa Nicat alternativ fikir yox, təhqir yolunu seçdi, həm də bu yaşda. Səməd Vurğunun müdafiəsinə qalxanlar da məcbur olub Əlisanın dili ilə cavab verdilər. Biz isə bu məsələni alternativ fikir kimi qiymətləndirə bilmərik. Ədəbiyyatda fərqli yanaşma, alternativ fikir sahibi olan insanlar çoxdur, məsələn, Aqşin Yeniseyin hər gün yazdığı Feysbuk statusları alternativ fikirdir, ona kimsə nəsə deyirmi? Oxucular oxuyur və hamı öz başa düşdüyü qədər payını götürür. Qızıla zinət əşyası demək alternativ fikir sayıla bilər, amma qızıla dəmir demək artıq təhqirdir.

Özünüz də dediyiniz kimi bir vaxtlar sizin çılğın dövrünüz idi, hamını möhkəm sancırdınız. Təbii, yaş öz işini görür, özünüz etiraf etdiniz ki, insanlara münasibətdə daha təmkinli davranmağa keçmisiniz. Amma belə deyək, sizin "davamçılarınız" fəaliyyətdədir. Onların tənqidi fəaliyyətini necə qiymətləndirirsiniz? Gənclərin, davamçıların tənqidi fəaliyyətini qənaətbəxş saymaq olarmı?

- Bu gün ədəbiyyat sahəsində istedadlı gənclərimiz çoxdur və bu barədə ətraflı yazı üzərində işləyirəm, yaxında mətbuata verəcəm. Tənqidə gəlincə, düşünürəm ki, hər sahədə sağlam tənqid inkişaf deməkdir. Bu fikri çox adam deyir, amma fərqinə varan adam azdır. Əlisa Nicat indi başa düşüb ki, tənqid inkişaf deməkdir. Əgər bugünkü fikirlərini yüngül formada 40 yaşında Əlisa Nicat desəydi, indi durub Səməd Vurğunu təhqir etməzdi. Adətən, yaradıcı insanlar çılğın olur, emosional davranır, əgər gənclikdə o hissləri yaşamasan, qocalıqda səni Əlisanın gününə qoyar. Belə deyək, yaradıcı insanlar arasında yaşamağa tələsən, yaşamağa gecikən və öz dövrünü yaşayan insanlar var. Məsələn, mərhum yazıçımız Mövlud Mövlud yaşamağa tələsdi, o qədər tələsdi ki, bu, onun ölümünə səbəb oldu. Əlisa Nicat yaşamağa gecikdi, 35 yaşında deyəcəklərini 85 yaşında dedi və gülünc vəziyyətə düşdü. Salam Sarvan isə nə tələsir, nə gecikir, öz dövrünü yaşayır. Bu barədə çox danışmaq olar, qısaca deyim ki, keçən həftə bir ədəbi araşdırma etdim, bəzi şair və yazıçılarımızın yaradıcılığına təkrar nəzər saldım, məsələn, Şəhriyar del Geraninin, Aqşin Evrenin, Ulucay Akifin, Fərid Hüseynin, İqbal Nəhmətin və başqalarının şeirlərindən ləzzət ala bildim.

-   Və başqaları dediyiniz siyahıda kimin adını çəkə bilərsiniz?

- Gənc ədəbi nəsil içində çox ciddi qələm sahibləri var, onlar "və başqaları" siyahısında deyil, müasir ədəbiyyata töhfə verəcəklərinə inandığım gənclərdir. Adlarını çəkmək lazımdırsa, mən indi ancaq yadıma düşən imzaları deyə bilərəm. Məsələn, İntiqam Yaşar, Anar Amin, Qılman İman, Emin Piri, Bəhruz Xəlil, Habil Rzanur, Ümid Abbas, Qabil Ədalət, Vasif Zohraboğlu, Mirbağır Bünyatov, Səxavət Kəlbəcərli, Valeh Qoca, Vüsal Oğuz, Tural Adışirin və s. Yəni siyahı çoxdur, ümidli gənclərimiz kifayət qədərdir, sadəcə kimlərinsə adını unuda bilərik, bu o demək deyil ki, onlar siyahıda yoxdur, xanım qələm sahibləri də var.

- 44 günlük müharibədə şəhid olanların hər birinə şeir həsr edəcəyinizi bildirmişdiniz. Bu iş nə yerdə qaldı, bununla bağlı yarımçıq qalmış planlar varmı?

- Bəli, müharibədən sonra hər şəhidə bir şeir yazacağımı qeyd etdim, bu fikrimə sadiqəm, layihə davam edir, ilk iki cildi yüksək tirajla çap olundu və ölkənin bütün rayonlarında Rayon İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə təqdim edildi. Hazırda üçüncü cildi yazıram. Düşünürəm ki, yaz aylarında təqdimatı baş tutacaq.

- Azərbaycan Yazıçılar Birliyi şair və yazıçıların planlarının həyata keçməsinə nə dərəcədə dəstək ola bilir?

- Azərbaycan Yazıçılar Birliyi həmişə imkan daxilində yazıçı və şairlərə dəstək olub. Gənclərə təqaüd, müxtəlif ədəbi layihələrin maliyyələşməsi, hətta qələm adamlarının şəxsi problemlərinin həlli də buna misal ola bilər.

Kamran Rza

Son xəbərlər

Xəbər
Dünən, 16:49

Küçədə öpüşdüyünə görə oğlanı bıçaqladılar — "Ana, bacı var..."

Xəbər
Dünən, 15:56

Xalq artisti Eldar Mansurovun doğum günüdür

Xəbər
Dünən, 13:25

Martın ilk günü Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 12:02

Bakı-Təl-Əviv reysi İsrail hava məkanının bağlı olması səbəbindən geri qayıdıb

Xəbər
Dünən, 11:14

Bakıda tələbə qızın xəyanətini öyrənən sevgilisi onu döydü

Xəbər
Dünən, 10:51

DİN: "WhatsApp"dan gələn zənglərə diqqət edin!

Xəbər
Dünən, 10:01

Atasını qızı ilə cinsi əlaqədə ittiham etdi, öldürdü - Həbs olunmadı

Xəbər
Dünən, 09:14

Martda 17 gün iş olmayacaq

Xəbər
27 fevral 2026, 18:00

Aqil Abbas: "Ramiz Mehdiyevin evindən 17 milyon pul tapıldı, bu, 10 tammetrajlı film deməkdir"

Xəbər
27 fevral 2026, 17:24

Azərbaycanda sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq ediləcək - SƏRƏNCAM

Xəbər
27 fevral 2026, 17:13

Azərbaycanda məşhur xəstəxanada ƏMƏLİYYAT

Xəbər
27 fevral 2026, 16:17

Bakıda sulu qar yağacaq

Xəbər
27 fevral 2026, 15:51

Xocalı soyqırımının ildönümü münasibətilə Annenfeld faciəsi…

Xəbər
27 fevral 2026, 15:20

Yük maşını qatara çırpıldı - VİDEO

Xəbər
27 fevral 2026, 14:35

Bakıda hotelin 4 işçisinin ölümündə təqsirləndirilən şəxsə HÖKM OXUNDU

Xəbər
27 fevral 2026, 14:28

Fevral ayının bütün sosial ödənişləri yekunlaşdı

Xəbər
27 fevral 2026, 13:48

Azərbaycanda Rəqəmsal İnkişaf Şurası yaradılıb

Xəbər
27 fevral 2026, 13:30

"Zirə" "Araz-Naxçıvan"la qarşılaşır

Xəbər
27 fevral 2026, 12:34

AMEA-nın Rəyasət Heyəti ləğv ediləcək - İDDİA

Xəbər
27 fevral 2026, 11:39

Bakıda həkim əməliyyatdan sonra dünyasını dəyişdi - İDDİA

Xəbər
27 fevral 2026, 10:40

Ələtdə elektrik dirəyindən yıxılan kişi öldü

Xəbər
27 fevral 2026, 09:31

Gecə yataq otağında döyülən qadın ərini məhkəməyə verdi

Xəbər
26 fevral 2026, 18:00

Kişi küçədə öldü

Xəbər
26 fevral 2026, 17:10

Bakıda qadın müştərini aparmaqdan imtina edən taksi sürücüsü məhkəməlik olub

Oxşar xəbərlər