top
“Evim” uşaq bağçasında aylardır maaşlar niyə verilmir? - ŞİKAYƏT
03 fevral 2025, 00:36
- ↺ +

“Evim” uşaq bağçasında aylardır maaşlar niyə verilmir? - ŞİKAYƏT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda fəaliyyət göstərən, əvvəlki adı "Evim" olan uşaq bağçasında müəllimə işləmiş Rəqsanə Şıxəliyeva 3 aydır ki, maaşının ödənmədiyini bildirib.

Bizim.media-ya müraciət edən Şıxəliyeva deyib ki,  bağçanın müdiri Xanım Əliyeva onun maaşını ödəmək istəmir:

Müəllimə deyib ki, həmin bağçada 14 avqust 2024-cü ildən işləyib: “Avqustun ortasından başlayaraq işləməyə başladım, həmin ay yarım ay işlədiyim üçün maaşımın yarısı düşürdü. Məndən ilk ay xahiş etdilər ki, olar ki, bu ay maaşı verməyək, sentyabrın maaşıyla birlikdə verilsin. Mən də razılaşdım. Sentyabr ayının maaşını aldıqda həmin avqust ayının yarım ay maaşı verilmədi. Oktyabr ayında da yenə eyni hal təkrarlandı. Ümumi olaraq, sentyabr və oktyabr ayının maaşını aldım. Noyabr, dekabr və yanvar aylarının isə maaşını ala bilmədim".

Şikayətçi bildirib ki, maaşın gecikdirilməsinə səbəb olaraq direktor valideynlərin pul ödəmədiyini və vəziyyətlərinin yaxşı olmadığını əsas gətirib:

"Mən də bir insan kimi onu başa düşdüm və dedim ki, dayələrin maaşını verin, insanlar əziyyət çəkir. Çalışırdım ki, bağça təzə qurulduğu üçün onun adını tanıdaq. Ancaq Xanım Əliyevanın  başqalarının adına borc götürdüyünü öyrəndikdən sonra yanvarın 24-də öz istəyimlə işdən çıxdım. Çıxanda belə dedim  ki, eybi yoxdur, hər kəsin borcunu qaytarın, sonra mənimkini verərsiniz. Ancaq yenə də mənim insanlığımdan istifadə etdilər. Məndən işdən ayrılmamağımı xahiş etdilər. Amma mən çıxdım".

Rəqsanə Şıxəliyeva iddia edir ki, bağça müdiri hazırda ona təxminən 1500 manat pul verməlidir:

"Yanvarın 27-də digər işçilərin borclarının ödəndiyini bildikdən sonra,  Leyla Tahirova ilə danışdım, maaşımın verilməsini tələb etdim. O isə fevralın əvvəlində qalan əməkhaqqı üzrə borcun tam ödəniləcəyini vəd etdi. Mən isə razılaşmadım, ona yanvarın 29-na kimi vaxt verdim. Əgər məbləğ ödənilməsə, yoldaşım məhkəməyə müraciət edəcək dedim.  Onu da deyim ki, işdən çıxdıqdan sonra mənə valideynlərdən zəng edənlər oldu. Onlar dedilər ki, müdiriyyət arxamca artıq-əksik sözlər danışıb".

Şikayətçi dediyi vaxtda maaşın ödənmədiyini gördüyü üçün polisə və Əmək Müfəttişliyinə də müraciəti edib:"Mənə xəbərdarlıq olunmadan yanvarın 14-dən işimə xitam verilsə də, yanvarın 24-nə kimi işə getdim, hər gün giriş-çıxış saatlarında imza atdım. Bunun səbəbini soruşduqda isə bağçanın MMC-yə keçməsi, adının dəyişməsiylə və s. bağlı olduğunu dedilər. Mən bunu my.gov.az-da məlumatlarıma baxarkən öyrəndim".

Qeyd edək ki, sözügedən uşaq bağçasının təsisçisi və mühasibi Xanım Əliyevanın anası Leyla Tahirovadır.

Məsələylə bağlı Leyla Tahirovanın da mövqeyi öyrənilib. O, maliyyə çətinliyi səbəbindən maaşların gecikdiyini bildirib:

“Amma onun özüylə də danışanda dedim ki, tezliklə ödəniş olacaq. Bu həftə ödəniş ediləcək. Mən özüm də mühasib kimi  işləyirəm, 3 aydır ki, maaşım verilmir. Ancaq mən şikayət etmirəm, vəziyyəti başa düşürəm".

Son xəbərlər

Xəbər
Bu gün, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Bu gün, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Bu gün, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Bu gün, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Bu gün, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Bu gün, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Bu gün, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Bu gün, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Bu gün, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Bu gün, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Bu gün, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Bu gün, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Bu gün, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Oxşar xəbərlər