Bu gün, 11 noyabr tarixində Xocəsən qəsəbəsində və Balaxanıda tullantı poliqonunda yaxınlığında ağacəkmə aksiyaları keçirilib.
Balaxanı qəsəbəsi ərazisində “Təmiz Şəhər” ASC-i tərəfindən “Gələcəyə nəfəs ol!” şüarı altında 1000 ədəd müxtəlif cinsli ağac əkilib. Keçmiş tullantı poliqonu olan ərazidə 400 ədəd sərv, 250 tuya, 250 eldar şamı və 100 ədəd nar ağacının bir günə əkini aparılıb. Həmin sahədə ümumi 14.000 ağac əkilib.
Xocəsəndə həmin şüar altında daha bir oxşar tədbir keçirilib.
Hər iki ağacəkmə aksiyası hər il noyabrın 11-də Türkiyədə keçirilən kütləvi ağacəkmə aksiyasına dəstək məqsədi ilə keçirilib. Həmçinin, ağacların əkilməsi dünyada istilik effektini azaltmaq üçün karbon qazı emissiyalarının azaldılması proqramının bir hissəsidir.