Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarının maaşı aylar sonra ödənilib.
Komitənin mətbuat katibi Natiq Axundov Qafqazinfo.az-ın sorğusuna cavab olaraq bildirib ki, artıq problem aradan qaldırılıb.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin əməkdaşları “Qafqazinfo”ya müraciət edərək oktyabr ayından bəri maaş ala bilmədiklərindən şikayətlənmişdilər.