top
Həmidə Ömərova narazıdır: “Eyni aktyorları, eyni aktrisaları görürsən”
25 mart 2025, 04:41
- ↺ +

Həmidə Ömərova narazıdır: “Eyni aktyorları, eyni aktrisaları görürsən”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Uzun illərdir fəaliyyət göstərən, öz sözünü deyən sənətkarlarımız nədənsə kinoya cəlb olunmurlar. Son illərdə çəkilən filmlərə baxanda eyni aktyorları, eyni aktrisaları görürsən. Müxtəliflik azdır. Mənə elə gəlir ki, yaşlı təbəqəyə artıq zamanını yaşamış sənətkarlar kimi baxırlar. Amma bu belə deyil. Şəxsən mən böyük kinoda çəkilmək istərdim. İllər öncə verdiyim müsahibələrdən birində də bunu demişdim ki, bizi qınamasınlar ki, niyə seriallarda çəkilirik? Biz kinoda öz yaradıcı potensialımızı göstərə bilərik, sadəcə ora dəvət yoxdur. Bu nə ilə əlaqədardır? Deməyə çətinlik çəkirəm.  Sualı aktyorlara deyil, rejissorlara vermək lazımdır ki, bəs siz filan aktyorları, yaşlı sənətkarları niyə filmlərə çəkmirsiniz? Təbii ki, çoxları bu suala belə cavab verəcək ki, rol yox idi, münasib bilmədik. Amma nə deyirlərsə desinlər, bu sənətkarlara imkan yaratmaq lazımdır ki, heç olmasa 10 ildən bir, bir filmə çəkilib, öz yaşıdları arasında öz sözlərini desinlər”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Həmidə Ömərova deyib.

O bildirib ki, qocaman sənətkarlar- Alen Delon, Jerar Depardye, Sofi Loren də son illərdə filmlərə çəkiliblər: “Biz indi nənə rolunda da çəkilə bilərik. O qədər maraqlı, yaşlı qadın obrazları var ki. Niyə də olmasın? Sadəcə ssenari baxımından da boşluqlar var. Gənc rejissorlar da yəqin ki, həyata başqa çərçivədən baxırlar. Mən belə hesab edirəm ki, bu sual bizə yönəlməməlidir. Biz aktyoruq, ifaçılarıq. Bizi dəvət edib çəkirlər. Şükürlər olsun ki, Azərbaycan televiziya məkanında seriallar inkişaf edir. Sağ olsun ki, gənc nəslin nümayəndələri bizi çağırıb çəkir. Həm cavanlara dəstək oluruq, həm də öz yaradıcı potensialımızdan yararlanır.  İllərlə oturub gözləmirik ki, nə vaxtsa bizi hansısa bədii filmə çağıracaqlar. O qədər tarixi mövzuda filmlər çəkilə bilər ki. O qədər bizim tarixi qəhrəmanlarımız olub ki. Onlar təkcə cavan olmayıblar ki. Onlar yaşa da dolublar. Biz həmişə ümidlə yaşamışıq. İndi də ümidlə yaşayırıq ki, birdən hansısa rejissor bizi xatırlayar, öz filminə dəvət edər. Biz yaşlı nəslin nümayəndələrini elə bir rola çağırmaq lazımdır ki, bu rolla sən nəsə yenilik edə biləsən. Bu baxımdan əlbəttə ki, çətindir. Ümid edirəm ki, bu problem həll olunacaq. Bu dünyanı tərk etməmiş böyük kinoda da rol ala biləcəyik”.

Son xəbərlər

Nərimanov
Bu gün, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Bu gün, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Bu gün, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Bu gün, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Bu gün, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Oxşar xəbərlər