top
İrəvanı silkələyən mahnı və ya hayların qorxusu
03 fevral 2025, 05:59
- ↺ +

İrəvanı silkələyən mahnı və ya hayların qorxusu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir neçə gündür sosial şəbəkələrin erməni seqmentində sözün əsl mənasında zəlzələ effekti yaşanır. Buna səbəb isə bir qrup iranlı turistin İrəvanın mərkəzindəki Respublika meydanında  ucadan “Qarabağ” mahnısını ifa etmələridir. Elə əsl erməni xisləti də özünü burada göstərir. Kadrlardan tam aydın olur ki, İran azərbaycanlılarının ifası zamanı ətrafda çoxsaylı ermənilər olsa da, bu mahnıya reaksiya verən tapılmır. Amma gəl ki, sonradan sosial şəbəkələri dolaşan bu qısa videoçarx cəmiyyəti əməlli-başlı silkələyib. İş o həddə çatıb ki, bir sıra haylar status yazaraq, “İrəvanı türklərə pay verəcəklər”, “bu gün mahnı oxuyan sabah bizi evimizdən çıxarar” tipli qaraçılığa, təbliğata başlayıblar. Hər zaman olduğu kimi, ara qarışıb məzhəb itəndə bu işdən faydalanmağa çalışan müxalifət yenidən boy göstərib. Ayaqqabıları əlində onlayn KİV-lərdə növbəyə duran deputat, politoloq, şərqşünas, türkoloq kimi tiplər ard-arda gurultulu bəyanat verir, müharibənin qapıda olduğunu, baş nazir Nikol Paşinyanın Zəngəzuru Azərbaycana təhvil verəcəyi barədə fikirlər səsləndirirlər. Yaxşı, əgər mərkəzi meydanda bir qrup İran azərbaycanlısı mahnı oxuyubsa, bunun Zəngəzurla, İrəvanın peşkəş verilməsi ilə nə əlaqəsi? Adi bir mahnının erməni cəmiyyətini bu qədər qorxuya salmasının əslində dərin səbəbləri var. İlk olaraq, onu qeyd etmək lazımdır ki, bu cəmiyyət hələ də sülhün nə olduğunu, dinc şəraitdə yaşamağın əslində birbaşa Ermənistan üçün nə qədər lazım olduğunu dərk etmir, dərk etmək istəmir. Revanşist fikirlər bu cəmiyyətdə dərin kök atıb və milləti xəstələndirib. 2020-ci il müharibəsindən dərs çıxara bilməyənlər yenidən meydan sulayır.

İkincisi, hadisələrin kənardan idarə edildiyi gün kimi aydındır. Əgər cəmiyyət bu mahnı əleyhinə idisə, niyə həmin axşam Respublika meydanında müdaxilə edən, heç olmasa, etiraz edən bir başıpapaqlı tapılmadı? Niyə sonradan evinə gələn hər kəs klaviatura arxasında şirə dönüb uydurma kral Tiqrana qədər gedib çıxır? Saxta tarixi ortaya atan, insanları təxribata səsləyən qüvvələr kimlərdir? Bu qarışıqlıq, anarxiya kimə lazımdır?

Üçüncüsü, əgər bir mahnı həqiqətən İrəvanda belə effekt yaradıbsa, bu, əslində erməni cəmiyyətinin psixoloji vəziyyətindən də xəbər verir. Adamın bir anlıq Nikol Paşinyana yazığı gəlsə də, dərhal onun da hansı oyunların içində olduğunu xatırlayıb “rəhbər necədirsə, xalqı da elədir” misalını xatırlayırsan.

İndi isə gələk işin pərdəarxasına, bunu tam aydınlaşdırmaq, üzə çıxarmaq üçün erməni KİV-lərdə yayılan yüzlərlə xəbəri oxumaq, süzgəcdən keçirmək lazımdır. Deməli, məlum olub ki, bu xəbəri Qarib Babayan adlı bir erməni sosial şəbəkədə yayıb və xalqı qızışdırıb. Kimdir bu Qarib? 70 yaşlı Qarabağ ermənisi. Nə işləyir? Deyilənə görə, alimdir, elm xadimidir. Yaxşı, bəs Qarib niyə bu videoçarxı yayıb, xalqı təhrik edir, hələ üstəlik dövləti də təhqir edir? Axı, bilir ki, bu yazdıqlarına görə barəsində cinayət işi açılacaq. Aha, elə hadisələrdən də buradan sonra üzə çıxmağa başlayır. Ermənistanın İstintaq Komitəsi araşdırma apararaq, videonu yayaraq  təxribata cəhd edən şəxsi həbs edir və məhkəməyə göndərir. Elə həngamə də buradan başlayır. Kiminsə fitili, təşviqi ilə başıpozuq kütlə məhkəmə qarşısına axışır, niyəsə orada da Azərbaycan əleyhinə, sülh əleyhinə şüarlar səsləndirilir, siqnal səsi İrəvanı silkələyir. Aha, bəs həmin gecə Babayanın müdafiəsinə kim qalxır? Hayastan fraksiyasının deputatları! Kimdir bu Hayastan fraksiyasının rəhbəri? Ermənistanın ikinci prezidenti Robert Köçəryan! Deməli, bu işlərin başında Robert Köçəryan durur. Axı niyə? Çünki Köçəryanın kürkünə birə düşüb. Artıq o dərk etməyə başlayıb ki, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi onun üçün heç də yaxşı bitməyə bilər. Bir də görərsən ki, əli-qolu qandallı Robert Arayikin kamera yoldaşı kimi Bakıya “qonaq gətirilib”. Axı, Azərbaycan əleyhinə bir sıra cinayətlərdə birbaşa onun əli var!

Bunun qarşısını almaq üçün nə etmək lazımdır? Prosesi baltalamaq! Bu işdə kimdən istifadə etmək olar? Qarabağ ermənilərindən! Xalqın həssas damarına basmaq lazımdır, lazımdır! Aha, meydanda iranlı azərbaycanlılar Qarabağ mahnısı oxuyublar? Reaksiya yoxdur? Bu  dəqiqə həll edərik, kütləni qızışdırarıq! Səbəb? Çünki baş nazir Paşinyanın son açıqlamaları prosesin sülhə doğru getdiyinə bir daha dəlalət edir.

Dərd də orasındadır ki, Ermənistanda təxribata cəhd edən təkcə Köçəryan deyil. Bunun üçüncü prezident Serj Sarkisyanı, Qərbin qucağında oturan siyasətçiləri, deputatları, ABŞ ilə qol-boyun olmaq üçün sinov gedən məmurları, altdan-altdan baş nazir postuna göz dikənləri və daha nələri, nələri var.

Amma bu hayların unutduğu bir məqam var ki, Dəmir Yumruq hər zaman başlarına enə bilər. Azərbaycanın da səbrinin bir həddi var, bu həddi aşmaq İrəvana bu dəfə daha baha başa gələ bilər. Ona görə də, gələn dəfə Respublika meydanında əgər İran azərbaycanlıları Qarabağ, İrəvanda xal qalmadı mahnısını oxusalar, haylar zəhmət çəkib qol qaldırıb oynasınlar, hələ bir gəlib şabaş da versinlər!

Kamran Rza

Son xəbərlər

Xəbər
Bu gün, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Bu gün, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Bu gün, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Bu gün, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Bu gün, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Bu gün, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Bu gün, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Bu gün, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Bu gün, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Bu gün, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Bu gün, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Bu gün, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Bu gün, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Oxşar xəbərlər