top
Məşhur ekoloq: “Yaxın 10 ildə dənizin səviyyəsi yüksələcək” - MÜSAHİBƏ - FOTO
26 oktyabr 2024, 09:00
- ↺ +

Məşhur ekoloq: “Yaxın 10 ildə dənizin səviyyəsi yüksələcək” - MÜSAHİBƏ - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir müddətdir ki, həm sosial şəbəkələrdə, həm də xəbər portallarında Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı məlumatlar dolaşır. Bu prosesi müxtəlif amillərlə əlaqələndirirlər. Dünyanın ən böyük gölündə suyun azalma səbəbini iqlim dəyişiklikləri, su axınlarının dəyişməsi və insan fəaliyyəti ilə əlaqələndirənlər də az deyil.

Sumqayit24.az–ın əməkdaşı məsələ ilə bağlı ekoloq Qorxmaz İbrahimli ilə həmsöhbət olub.

Qorxmaz İbrahimli

Müsahibəni təqdim edirik:

– Xəzər dənizinin səviyyəsinin azalmasına səbəb olan əsas amillər hansılardır?

– Milyon illərdir ki, Xəzər dənizinin səviyyəsi enərək bu həddə çatıb. Xəzərdə heç vaxt suyun səviyyəsi belə olmayıb. İllər ərzində su müxtəlif səbəblərdən çəkilib. Son dövrlər suyun səviyyəsi sürətlə azalır. Bu, bir çoxlarını narahat edir. Xəzərin quruyacağını düşünürlər. Yaxın 100 ildə Xəzər dənizi qurumayacaq. Xəzərin sahilində beş dövlət var. Hər biri qabaqlayıcı tədbir görəcək.

Ümumiyyətlə, Xəzərdə suyun səviyyəsinə iqlim dəyişikliyi, quraqlığın artması, Volqa, Ural, Kür və Terek çaylarının suvarmaya cəlb olunması təsir edir. Kür suvarma sisteminə görə, aşağı axara gedib çata bilmir. Hamısı bir -birinə bağlıdır. Yaxın 10 ildə dənizin səviyyəsi yüksələcək.

– Bunun ekosistemlər və populyasiyalar üçün hansı nəticələri ola bilər?

– Əlbəttə ekosistemlərə və populyasiyalara ciddi təsiri olacaq. Səviyyənin azalması səhralaşma yaradacaq.

– Sahil ərazilərinin qorunması üçün hansı tədbirlər görülür?

– Sahil ərazilərindəki bulvarların qorunması üçün əlbəttə ki, tədbirlər görüləcək. Xəzər aşağı çəkildikcə bulvarlar yerini dəyişmək məcburiyyətində qalacaq. 30 il əvvəl Xəzərdə suyun səviyyəsi qalxırdı. İndi əks proses baş verir. Yəni, su geri çəkilir.  Tikililər yerini dəyişəcək. Başqa yolu yoxdur. Bir müddət sonra Xəzərin səviyyəsi qalxacaq. Mütəxəssislər təkliflər verməlidirlər.

Səviyyənin aşağı enməsi naviqasiyaya çox ciddi təsir edir. Bizim gəmilərimiz   aprel ayından noyabra qədər Volqa-Don kanalından keçərək, həm Azov, həm də Qara dəniz vasitəsilə dünya okeanına çıxır. Çıxışın səviyyəsi dəyişilibsə, problemlər yarada biləcək.

– Dənizdə suyun səviyyəsinin azalması iqtisadiyyata, o cümlədən balıqçılıq və turizmə necə təsir edə bilər?

– Bu vəziyyətin iqtisadiyyata təsiri ola bilər. Qida rasionumuzun əsasını balıq təşkil etmədiyi üçün balıqçılıq iqtisadiyyatımızın cüzi hissəsini təşkil edir. Bu da balıqçılığa ciddi təsir etmir. Turizmdə də eyni məsələdir. Ciddi təsir etməyəcək. Yeni təsislər qurulacaq. Turistlər istədiklərimi kimi istirahət edəcəklər.

– Tarixdə dəniz səviyyəsində əhəmiyyətli dəyişikliklər olubmu? Bundan hansı nəticələri çıxara bilərik?

– Xəzərin səviyyəsində dəyişikliklər çox olub. Ötən əsrin 1980-ci illərində suyun səviyyəsi qalxmışdı. Enmə ilk dəfə deyil. Hazırda iqlim dəyişikliklərinin də təsiri var. Quraqlıq var. Nəticədə havalar daha çox isinir. Dənizin buxarlanması da çoxdur. Hamısı birbaşa suyun səviyyəsini aşağı salan amillərdir.

– Yaxın onilliklərdə Xəzər dənizinin səviyyəsində baş verə biləcək dəyişikliklər barədə nə deyə bilərsiniz?

– Yaxın onilliklərdə Xəzərdə suyun səviyyəsi artıb-azalacaq.

– Bu məsələ ilə bağlı hazırda hansı araşdırmalar aparılır?

– Sahilyanı dövlətlərin hər birində elmi tədqiqat işlər aparılır. Coğrafiya fakültələri, AMEA-nın Coğrafiya institutu, Xəzər Dəniz Gəmiçilik İdarəsi və Hidrometrologiya idarələrində bir çox araşdırmalar gedir. Ümid edirəm ki, təkliflərinin nəticəsi çox yaxşı olacaq.

– İqlim dəyişmələri bütün dünyanı, o cümlədən Azərbaycanı narahat edən qlobal problemlərdəndir. Bunun bariz nümunəsi kimi növbəti ay ölkəmizin COP29-a ev sahibliyi etməsidir. Bəs dəniz suyunun səviyyəsinin azalmasında iqlim dəyişikliyinin rolu nədir?

– İqlim dəyişikliyi dünyada hər zaman baş verib. Bəşəriyyət yarandığı gündən iqlim dəyişikliyi gedir. 1980-ci illərdən Birləşmiş Millətlər Təşkilatı havaya karbon kütləsini artıran müəssisələrin bağlanmasına çağırır. Çağırış hələlik ciddi nəticə verməyib. Azərbaycanda keçiriləcək COP29 ciddi tədbirdir. Təsirləri olacaq. Yeni təklif hazırlanıb, qəbul olunacaq. Ümid edirəm ki, BMT qəbul olunan təklifi reallaşdıracaq.

Ümumiyyətlə, dəniz səviyyəsinin azalmasına iqlim dəyişikliyinin təsiri çoxdur. Səhralaşma və istiləşmə olduğuna görə, suvarmaya ehtiyac yaranır. Xəzərin su daşıyıcı çayları quruyur, Uralın səviyyəsi aşağı düşüb və azalır. Volqa suvarmadan dolayı azalıb, Kür çayı ötən il Xəzərə çata bilmirdi. Bütün bunlara iqlim dəyişikliyinin təsiri var. Düşünürəm ki, bu problemin qarşısını almaq mümkündür.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Oxşar xəbərlər