top
Maqsud İbrahimbəyovun anım günüdür
21 mart 2025, 22:45
- ↺ +

Maqsud İbrahimbəyovun anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

22 mart görkəmli Azərbaycan yazıçısı Maqsud İbrahimbəyovun anım günüdür.

Maqsud Məmməd İbrahim oğlu İbrahimbəyov 11 may 1935-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Politexnik İnstitutunun inşaat fakultəsini (1955-1960), Moskvada Ali ssenari kurslarını (1962-1964) və Ali rejissor kurslarını (1971-1973) bitirib. Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində qulluqçu (1960-1962), Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri (1964-1971) olub.

Bədii yaradıcılığa 1960-cı ildə başlayıb. “Mezozoy əhvalatı” əsəri fəhlə sinfinə həsr olunmuş pyeslərin Ümumittifaq müsabiqəsində I mükafat alıb. “Bayquş gələndə…” və “Bütün yaxşılıqlar üçün – ölüm!” əsərlərinə görə dövlət mükafatına layiq görülüb (1976). Dünyanın müxtəlif dövri nəşrlərində dərc olunmuş roman, povest və hekayələrin müəllifidir.

Əsərləri 26 xarici dilə tərcümə olunub. “Mezazoy əhvalatı” (1975), “Bütün yaxşılıqlara görə ölüm” (1978), “Kərgədan buynuzu” (1993), “Müdrik Sfinks gülümsəyir” (2001), “Final restoranı” (2006). “Ülyahəzrətin rolls – roysu” (2009) və başqa pyesləri tanınmış səhnə xadimlərinin quruluşunda altmışdan çox teatr səhnəsində oynanılıb. Onların sırasında Boris Ravenskix (Moskva Kiçik Dram Teatrı), Zinoviy Karaqodski (Leninqrad Gənc Tamaşaçılar Teatrı), Tofiq Kazımov (Azərbaycan Milli Dram Teatrı), Aleksandr Şarovski (Bakı Rus Dram Teatrı) və başqaları kimi görkəmli simaların adlarını çəkmək olar. Xarici film istehsalçılarının çəkdikləri “Qoy o bizimlə qalsın” (1974, rejissor İrina Tarkovskaya / Rusiya), “Dağ mağarasının sirri” (1975, rejissor Lev Mirski / Rusiya, “Bütün yaxşılıqlar üçün ölüm” əsəri əsasında), “Sən nəğməmsən mənim” (1975, rejissor Anatoli Kabulov / Özbəkistan), “Truskavesə kim gedəcək?” (1977, rejissor Valeri Əhədov / Tacikistan), “Ona görə ki, mən Ayvar Lidakam” (1978, rejissor Biruta Veldre / Latviya), “Qızıl buzovların valsı” (1992, rejissor Murad İbrahimbəyov / Rusiya), “Gənc qadın üçün kişi” (1996, rejissor Murad İbrahimbəyov / Rusiya) filmlərinin ssenari müəllifidir.

Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri, Luiziana (ABŞ) ştatının Fəxri senatoru, Minneapolis şəhərinin (ABŞ) Fəxri vətəndaşı, Azərbaycan Respublikası PEN – klubunun prezidenti, Azərbaycan Dövlət mükafatı laureatı (1976), “Şərəf”, “Şöhrət” və “İstiqlal” ordenləri (2005), “Dostluq” ordeni (Rusiya), Roma Papası ordeni laureatı, əməkdar incəsənət xadimi (1979), xalq yazıçısı, Azərbaycan Respublikası Sülh Komitəsinin sədri, Milli Məclisin üzvü (1995, 2000, 2005) Maqsud İbrahimbəyov 2016-cı ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Son xəbərlər

Nərimanov
Bu gün, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Bu gün, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Bu gün, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Bu gün, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Bu gün, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Oxşar xəbərlər