Bakı Metropoliteninin yeni stansiyası artıq sərnişinlərin istifadəsinə verilib. Bu haqda bu gün, 23 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Metronun bənövşəyi xəttində yaradılan “Xocəsən” stansiyası artıq ilk sərnişinlərini qəbul edib.
“Xocəsən” stansiyası Bakı Metropoliteninin ümumilikdə 27-ci, yerüstü isə 2-ci stansiyası oldu. Hazırda qatarların ilkin intervalı 16 dəqiqə təyin olunub. Stansiyaya gedən yolda yerüstü və yeraltı piyada keçidləri yaradılıb, eskalatorlar quraşdırılıb.
Stansiyanın rəisi vəzifəsinə Seyfulla Vəliyev təyin edilib. O, daha öncə "Memar Əcəmi" və "Nəriman Nərimanov" stansiyalarının rəisi vəzifələrində çalışıb.
[URIS id=84347]