Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev sakinlərlə görüş keçirib. Bu haqda 15 avqust tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Səyyar qəbul 57 saylı tam orta məktəbdə baş tutub. Görüşdə RİH-nin başçısı Aparatının məsul şəxsləri, Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərin, rayon bələdiyyəsinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Vətəndaşlar RİH başçısına məhəllədaxili yollara yeni asfalt örtüyünün salınması, ümumi istifadədə olan yerlərin abadlaşdırılması, dam örtüklərinin təmir olunması, işlə təmin olunma və digər sosial problemlərlə bağlı müraciət ediblər. Qaldırılan məsələlərin qısa müddətdə həlli üçün müvafiq tapşırıqlar verilib.
[caption id="attachment_58986" align="alignnone" width="800"]
Foto Nərimanov rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]