Paytaxtın Binəqədi rayonunda 80 kiloqram narkotik maddə ilə tutulan şəxslərə hökm oxunub. Bu haqda bu gün, 5 noyabr tarixində APA məlumat yayıb.
Qadir Baladadaşov 20 il, Səbuhi Həsənov isə 19 il müddətinə azadlıqdan məhrum ediliblər.
Q.Baladadaşovun yaşadığı evdən ümumilikdə 80 kiloqramdan artıq heroin, metamfetamin, marixuana, eləcə də 500 ədəd metadon həbləri aşkarlanmışdır.
O və qohumu S.Həsənov icarəyə götürdükləri avtomobil ilə narkotik maddələri Masallı-Yardımlı yolunun kənarında gizlədilən yerdən götürərək, Bakı şəhəri ərazisində satışı ilə məşğul olurdular.