Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 88-98 ünvanında yaşayış binası sökülür. Bu haqda 13 avqust tarixində Trend məlumat verib.
1960-cı ildə istifadəyə verilən binadan artıq sakinlərin köçürülməsinə başlanılıb. Yararsız tikilinin yerində müasir standartlara cavab verən yeni bina inşa ediləcək. İki il müddətində, yeni bina tikilərkən evdən çıxarılan ailələrə kirayə mənzil haqqı üçün aylıq 350 manat ödəniləcək.
Bu ərazidə ümumilikdə 11 tikilinin mərhələli şəkildə sökülməsi nəzərdə tutulub. İlkin mərhələdə 5, sonrakı mərhələdə isə 6 binanın söküləcəyi gözlənilir.
Bu ünvanda yerləşən binalardan biri artıq aprel ayında sökülüb.