Ekologiya və Təbii Sərvətlər Nazirliyi onlayn ağacəkmə layihəsinə başlayıb.
“Yeni nəfəs” adlı layihədə insanlar onlayn formada https://yeninefes.az/ saytından ödəniş edərək tinglərin əkilməsini sifariş edə bilərlər.
Ödənişdən sonra sifarişçiyə təsdiq sertifikatı təqdim olunur, əkin mösvümündə fidanlar əkilir, onların fotoları və GPS vasitəsi ilə dəqiq koordinatları göndərilir.
Layihə çərçivəsində növbəti əkin ərazisi paytaxtın Binəqədi rayonu, Xocasən gölü ətrafında olacaq.