top
Paşinyanın sosial və iqtisadi layihələrinin fiaskosu - ŞƏRH
06 noyabr 2024, 01:58
- ↺ +

Paşinyanın sosial və iqtisadi layihələrinin fiaskosu - ŞƏRH

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu yaxınlarda Ermənistanda keçirilən rəy sorğusunun nəticələri göstərir ki, artıq ölkə əhalisinin 35 faizi baş nazirə etimad edir, 58 faizi Nikol Paşinyana qəti etimad etmir. Respondentlərin qalanı isə bu suala cavab verməkdə çətinlik çəkib. Erməni dövlətində baş nazirə qarşı belə bir münasibətin yaranması isə ölkədəki sosial və iqtisadi layihələrin fiaskoya uğraması ilə əlaqəlidir.

Paşinyan hökuməti hər iclasda iqtisadi uğurdan nə qədər bəhs etsə də, real mənzərə fərqlidir. Reallıqda Ermənistan iqtisadiyyatı son dərəcə kasıb və acınacaqlı vəziyyətdədir. İstehsal sahəsində heç bir irəliləyiş yoxdur. Yerli istehsalın bir çox sahələrində istehsal həcmi azalır. Yerli mallar idxal malları ilə əvəz olunur. Ucuz idxal malları xüsusən də İrandan gəldiyi üçün erməni sahibkarları çıxılmaz vəziyyətə düşüblər.

Hökumət isə istehsalçıları qorumaq və dəstəkləmək əvəzinə, idxalı təşviq edir. Eyni zamanda ölkədə kənd təsərrüfatı artıq elə fəlakətli vəziyyətə gəlib ki, Ermənistanın ərzaq təhlükəsizliyi ciddi risklərlə üzləşib. Son 6 ildə kənd təsərrüfatı sektorunda istehsalın həcminin azalıb.

Qeyd etmək yerinə düşər ki, hər il kənd təsərrüfatının inkişafı üçün külli miqdarda vəsait ayrılıb. Amma kənd təsərrüfatı inkişaf etmək əvəzinə geriləyib. Bu isə o deməkdir ki, bu vəsaitlər yanlış istiqamətdə gedib, təyinatına xidmət etməyib, xərclənib və heç bir nəticə verməyib, ölkənin ərzaq təhlükəsizliyi problemlərinin həllinə töhfə verməyib. Paşinyan hökuməti isə ərzaq təhlükəsizliyini həll etmək əvəzinə, “quş buraxmağa” davam edirlər. Hökumət rəsmiləri deyirlər ki, Rusiya buğda verməsə, düyü gətirəcəyik. Buğda ilə düyü arasındakı böyük qiymət fərqini bir kənara qoyaq. Başa düşmürlər ki, ərzaq məhsullarının idxalını bir ölkədən digərinə keçirməklə ərzaq təhlükəsizliyi problemləri həll olunmur. Bunun üçün daxili resurslardan düzgün istifadə etmək barədə düşünmək lazımdır. Digər bir məsələ də ondan ibarətdir ki, bu resurslar çox zəif idarə olunur. Ermənistanda əkin sahələrinin demək olar ki, yarısı becərilmir. 6 il əvvəl onlar hakimiyyətə gələndə əkilməmiş torpaqların miqdarı az idi. Nikol Paşinyan bəyan etdi ki, kənd təsərrüfatında inqilab edəcəyik. Ermənistanda əkilməmiş əkin sahəsi qalmayacaq. Altı ildən sonra becərilməmiş əkin sahələri nəinki yoxa çıxmadı, nəinki azaldı, hətta artdı. Bu gün buğdanın 80 faizi xaricdən idxal edilir. Son illər Ermənistanda ərzaq buğdasının istehsalı hətta azalıb. Və bunun əsas səbəbi hökumətin kənd təsərrüfatına dəstəyin formasını dəyişmək qərarına gəlməsidir. Buğda toxumlarına, gübrələrə, pestisidlərə subsidiya verməyi dayandırdı. Artıq Ermənistanda buğda əkib-becərməyin sərfəli olmadığını bəyan edirlər.

Ermənistanda buğda istehsalı iqtisadi baxımdan sərfəli olmayan prosesdir. Bir hektar suvarılan torpaqdan 450 min dram dəyərində buğda alınır, amma 420 min dram xərclənir”, - deyən iqtisadiyyat naziri kənd sakinlərini mahiyyət etibarı ilə buğda əkinindən əl çəkməyə çağırır. Kənd təsərrüfatı sektorunu koordinasiya edən nazirin belə diletant bəyanatından sonra buğda istehsalı ilə bağlı nə gözləmək lazımdır? Ermənistanın ərzaq təhlükəsizliyinin digər ölkələrdən asılılığının getdikcə dərinləşməsi təəccüblü deyil. Bu məsələ ona görə dərinləşir ki, onlar bu problemləri yerli istehsal hesabına həll etmək və ya yumşaltmaq əvəzinə, idxalla bağlı məsələlərin bağlanmasını düşünürlər. Hazırda Ermənistanda buğda istehsalı rentabelli deyilsə, bu o demək deyil ki, buğda əkini tamamilə dayandırılmalıdır. Əksinə, becərməkdən imtina etmək yox, onu gəlirli etmək barədə düşünmək lazımdır.

Hakimiyyət tərəfindən həyata keçirilən sosial siyasətdə heç bir sosial ədalət eyhamı yoxdur. Hər şey cəmiyyətin zəngin hissəsini daha varlı, kasıbı isə daha kasıb etməyə yönəlib. Buna əmin olmaq üçün bir misal verək: yüksək gəliri olan və ipoteka ilə mənzil almaq imkanından istifadə edə bilən vətəndaşlar gəlirləri az olan və ondan istifadə edə bilməyənlərə nisbətən 20 faiz az vergi ödəyirlər.

Digər bir məsələ isə pensiyalarla bağlıdır. Bu gün Ermənistanın dövlət borcu durmadan artır. Bunun səbəbi isə Paşinyan hökumətinin müntəzəm olaraq borclanmasıdır. Ölkədəki sosial problemləri həll edə bilməyən hökumət demək olar ki, hər həftə borc üçün Qərbin müəyyən dairələrinin qapısını döyür. Alınan kreditlər isə yüksək faizlə geri ödənəcək. Paşinyan bu pulla sosial müavinətləri, pensiyaları ödəmək məcburiyyətindədir. Artıq Ermənistanın dövlət borcu 15 milyard dollara yaxınlaşıb və bu, dövlətin illik büdcəsindən az qala iki dəfə çoxdur. Bu isə erməni dövlətinin gələcəyini sual altına qoyur. Paşinyan hər vəchlə Ermənistanı borc bataqlığına sürükləyir. Bir daha təkrarlamaq yerinə düşər ki, Ermənistanın hazırda yeganə çıxış yolu Azərbaycanla sülh müqaviləsi imzalamaq, regionun tranzit yollarını açmaq və Azərbaycanın reallaşdırdığı meqalayihələrə qoşularaq gəlir əldə etməkdir. Əks halda, ölkəni ciddi fəlakət gözləyir.

Hikmət Həsənov

Son xəbərlər

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Oxşar xəbərlər