Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gəliblər. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az Prezidentin rəsmi saytında istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Prezident və birinci xanım ulu öndərin məzarını ziyarət ediblər və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.
Həmçinin dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Ümumilli lider Heydər Əliyev 12 dekabr 2003-cü ildə vəfat edib.
[URIS id=82803]