Paytaxtın Xəzər rayonu, Mərdəkan şosesinin Qala-Pirallahı avtomobil yolunda təmir işləri aparılacaq. Bu haqda bu gün, 13 avqust tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Sözügedən ərazidə 14 avqusta keçən gecə saat 01:00-dan 06:00-a qədər yerüstü piyada keçidinin platformaları quraşdırılacaq. Bu səbəbdən həmin yoldan istifadə edən sürücülərdən diqqətli olmaları xahiş olunur.
Qurum yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyib.