top
Qan yaddaşımızın bələdçisi: Mina Rəşid
04 mart 2025, 23:10
- +

Qan yaddaşımızın bələdçisi: Mina Rəşid

Bakuplus.az Günel Natiqin yazıçı Mina Rəşid haqqında yazısını təqdim edir.

Yazmaq – ruhun susaraq hayqırmasıdır. Bəzən insan acısını, sevincini, duyğularını yalnız sətirlərə pıçıldaya bilir. Mina Rəşid üçün yazmaq həm də insan qəlbinə işıq salmaqdır. Onun əsərlərində xalqın taleyi, uşaqların saf dünyası, mənəvi dəyərlər və vətən sevgisi bir-birinə qovuşur.

Günəş öz vaxtında çıxır həmişə,

Yenə öz vaxtında qürubda batır.

Baxdıqca dağlara, sal qayalara,

Gözümün-könlümün işığı artır.

 

Görürəm nə dağlar özündənrazı,

Nə çöllər, nə düzlər yolundan çıxır…

Ağaclar bu qədər bar verir, amma

Bizə yuxarıdan aşağı baxmır.

 

Bəs niyə adamlar bu ağaclardan,

Dənizdən, küləkdən bircə dərs almır?

Niyə dağlar kimi o təmənnasız,

Nədən günəş kimi o nurlu olmur?

 

Adamlar xeyirxah, nəcib olsaydı,

Qarlı qış da dönüb bahar olardı.

Adam ağac kimi sadə olsaydı,

Quşlar ürəyində yuva qurardı…

Mina Rəşid Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsidir. Əsərlərində uşaqların dünyasını dərinliklərinə qədər anlayır, onların düşüncələrinə körpü salır. Ailə, dostluq, sevgi, vətənpərvərlik və əxlaq kimi dəyərlər ön plandadır. Onun qəhrəmanları bəzən adi uşaqlardır, bəzən isə sehrli dünyalara səyahət edən igidlər. Hər kəlməsi oxucunu düşündürür, hər hekayəsi bir ümid işığı yandırır.

Doğum günün mübarək,

Nahid balam, necəsən?

Ürəyimin parası,

Şəhid balam, necəsən?

 

Bulud kimi dolub, bax,

Anan da, “Salam!”- deyir.

Bacı-qardaşların hey,..

Hey səni əzizləyir.

 

Şəhidlər ölmür, uca

Zirvədə qarsan, oğlum!

Fəxr edirəm səninlə

Nə yaxşı varsan, oğlum!

Mina Rəşid 1972-ci il mayın 4-də Ağdamın Qiyaslı kəndində doğulub. Ali təhsillidir, AYB-nin üzvü və Prezident mükafatçısıdır. Beş kitab müəllifidir, onlardan üçü uşaqlar üçündür. "Ən yaxşı uşaq şeiri" (2017), "3-cü M.Araz Poeziya Günü" (2018) və "Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi" (2020) kimi yarışmalarda qalib olub.

Mina xanım həm uşaqlar, həm də böyüklər üçün yazır. Uşaqlar üçün yazmaq isə xüsusi bir istedad, dərin təxəyyül və böyük sevgi tələb edir. Çünki uşaq ədəbiyyatı sadəcə əyləndirmir – o, kiçik oxucuların dünyagörüşünü formalaşdırır, onların düşüncələrinə yön verir. Gələcəyin daha mərhəmətli, anlayışlı və dürüst insanlarını yetişdirməkdə bu ədəbiyyatın rolu əvəzsizdir. Mina Rəşid də qələmi ilə bu işıqlı dünyanın qurulmasına töhfə verir.

Ana dilim bal kimi

Danışmaqdan doymuram.

Mən onu neçə dilin

İçində qoruyuram.

 

Anamın laylasıyla

Mən boy atıb böyüdüm.

Onun şirin diliylə

Fərəhlənib öyündüm.

 

Çoxlu nağıl söyləyib

Nənəm bu dildə mənə.

Əlifbanı öyrəndim

Mən sevinə-sevinə.

 

Çox sevirəm yurdumun

Bayrağını, himnini.

Mən sevirəm anamı

Həm də ana dilimi.

Onun əsərləri böyük oxucu sevgisi qazanıb, bir kitabı Türkiyədə işıq üzü görüb. Şeirlərində dostluq və qarşılıqlı hörmətin gücündən, insan və təbiət arasındakı ahəngdən danışır. Lakin Mina Rəşidin yaradıcılığında xüsusi yer tutan bir mövzu da var – vətənpərvərlik. Onun qələmi ilə vətən sevgisi təkcə sözlərdə deyil, duyğularda da kök salır. O, uşaqları həm düşünməyə, həm də sevməyə, qorumağa və mübarizə aparmağa çağırır.

Uşaqlar, yaxşı baxın,

Unutmayın bu anı.

"Topçu Vüsal!" eşidib,

Ekrana baxdı hamı.

 

Oğul deyərəm ona,

Qəhrəman duruşuna.

Düşmənə od yağdıran

O qartal baxışına!

Mina Rəşidin şeirləri qan yaddaşımızın bələdçisidir. Həm uşaqlara, həm də böyüklərə milli faciələrimizin tarixindən danışır, hər misrası "unutma" deyə pıçıldayır. O, sözün gücü ilə keçmişi yaşadır, gələcəyə yol göstərir.

Bu yer sanki möcüzə -

Uca dağlar, şiş qaya...

Dolama yollarıyla

Biz qalxırıq Şuşaya.

 

Hamımız əsgər olub

Durmuşuq keşiyində.

Üzeyirin yurdunda -

Musiqi beşiyində.

Ağdamsız illər Mina xanım üçün təkcə zaman deyil, kədərin, həsrətin, hicranın adı oldu. O, bu illər boyu sözə sığındı, ümidini sözlə qurdu. Doğma yurdunu misralarında yaşatdı, xatirələri qələminin işığında qorudu.

Mina Rəşid Ağdamdan köçkün düşəndə, özü ilə yanan şəhərin külünü, göz yaşlarının izini, bir də pıçıltı ilə söylədiyi arzularını gətirdi. Ailəsi ilə bir qatar vaqonuna sığındılar—dörd divarı dəmirdən olan bir dünyaya.

Üstündən yellər əsdi,

Yellər sənə neyləyər?

Könlüm səni arzular,

Dilim səni səsləyər.

 

Ağacların kəsildi,

Yolunu bağladılar.

Evimizi yandırıb

Qəlbimi dağladılar.

O vaqonda Mina ümidini böyütdü. Gələcəyin arzuları burada, bu kiçik məkanın dar nəfəsliyində doğuldu. Vaqon onun üçün sadəcə bir sığınacaq deyildi, bir körpü, bir başlanğıc idi. Hər gecə ulduzların parıltısını pəncərəsiz divarlarda axtarır, sabahın işığını gözlərində saxlayırdı.

Kiçik vaqon dünyanın genişliyini görməyə mane olmadı. Çünki Mina bilirdi: ümidin sərhədi yoxdur. Bütün çətinliklər keçəcək və arzular, əgər onlara inansan, səni ən uzaq üfüqlərə aparacaq.

Qisasın yaman oldu,

Qoy var olsun Ordumuz.

Yolunda candan keçdi

Şəhidimiz, qazimiz.

 

Qoynu nəğməli şəhər,

Sən yenə də, bizimsən.

Yenə də, deyəcəyəm

Şəhərlərin gözüsən!

Vətən onun şeirlərində sadəcə bir torpaq parçası deyil, yaşayan, nəfəs alan bir gerçəklikdir. O gerçəklik ki, hər misrasında nisgil var, qürur var, qayıdış arzusu var. Mina Rəşidin qələmindən süzülən hər kəlmə bir ocaq kimidir – uzaq düşənlər, yaddaşdan silinməyə çalışanlar üçün bir çağırışdır.

Ucaltdın adımızı,

Cəsarətlə, şərəflə.

Sən yenidən doğuldun

Qəlbimdə bu zəfərlə,

Azərbaycan əsgəri!

 

Yeni bir tarix yazdın,

Sadiq qaldın andına.

Qurban olum mən sənin

Şəhid, qazi adına,

Azərbaycan əsgəri!

Son xəbərlər

Xəbər
Bu gün, 17:11

Xətai rayonunda aparılan inşaat işləri BİNALARI TƏHLÜKƏYƏ ATIR?

Xəbər
Bu gün, 15:11

Bakıda tələbə faciəli şəkildə öldü

Xəbər
Bu gün, 14:03

Gəlinlik salonunda satıcı müştərini çimdiklədi - "İy gəlirdi"

Xəbər
Bu gün, 13:38

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI

Xəbər
Bu gün, 12:26

Şəhid jurnalist Sirac Abışovun doğum günüdür

Xəbər
Bu gün, 11:25

Azərbaycanın ilk Xalq artisti - Onu Bakıya kim dəvət etmişdi?

Xəbər
Bu gün, 10:15

Yol polisi sürücülər müraciət etdi: DİQQƏTLİ OLUN

Xəbər
Bu gün, 09:23

Milli Qəhrəman, jurnalist - Yaşasaydı 66 yaşı olacaqdı...

Xəbər
Dünən, 23:48

6 idmançımız yarımfinala yüksəldi - Çimərlik güləşi üzrə Dünya Seriyası...

Xəbər
Dünən, 22:12

Sənədsiz ev problemi necə həll oluna bilər? – Açıqlama

Xəbər
Dünən, 21:10

Xidmət rəisi: "Kommunikasiya xətlərinin üzərində tikilən evlərin sənədləşdirilməsi mümkün deyil"

Xəbər
Dünən, 19:43

Polşa səfiri XİN-ə çağırıldı, etiraz notası təqdim edildi

Xəbər
Dünən, 18:02

IV qrupda ali məktəbə qəbul ola bilməyənlər üçün alternativ seçimlər - DİM sədri AÇIQLADI

Xəbər
Dünən, 17:16

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

Xəbər
Dünən, 15:20

Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu

Xəbər
Dünən, 14:35

"Biz "Qarabağ"dan çox şey öyrəndik" - "Sabah"ın baş məşqçisi

Xəbər
Dünən, 13:30

Bakıda tarixi binalarda təmir işləri görənlərə xəbərdarlıq olundu

Nizami
Dünən, 12:17

Əvvəl sevgilisini, sonra özünü öldürüb - Detallar məlum oldu

Xəbər
Dünən, 11:40

Nigar Fərhadın ərini DTX həbs edibmiş

Xəbər
Dünən, 11:38

Xırdalan-Biləcəri sahəsində təmir işləri başlayıb

Xəbər
Dünən, 10:38

Bakıda ata maşın almaq istəyən oğlunu bıçaqladı

Xəbər
Dünən, 09:55

Azərbaycanda bu universitetlər təhsil haqqını artırdı

Xəbər
Dünən, 09:53

Rübabə Muradovanın anım günüdür

Xəbər
27 avqust 2026, 18:00

Bakıda sirkə turşusu kişinin həyatına SON QOYDU

Oxşar xəbərlər