top
Qızını söydüyünə görə qonşusunu öldürən atanın CİNAYƏT İŞİ
03 fevral 2025, 04:30
- ↺ +

Qızını söydüyünə görə qonşusunu öldürən atanın CİNAYƏT İŞİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qızını söydüyünə görə qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Nahid Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

Onun sözlərinə görə, hadisə söyüş üstündə baş verib:

"Bəhruz mənə vatsapda zəng elədi. Çölə çıxanda mənə dedi ki, deyəsən məktəb illərin yadından çıxıb. Bizim uşaqlarımız dava etmişdi. Mənim var-yoxumu söydü. Sonra görüşdük əlbəyaxa olduq. Usta olduğum üçün mən üzərimdə həmişə bıçaq daşıyıram. Mən fəhlə işləyirdim kabellərin ağzını kəsmək üçün bıçaqdan istifadə edirdim. Mərhum məndən çox güclü idi və yaxınlaşan kimi təpiklə sinəmə çox güclü zərbə vurdu. Üzərimdəki bıçağı da onu qorxutmaq üçün çıxartdım. Mən bıçağı onun kürəyinin aşağı tərəfindən vurdum. Hadisədən 2 saat sonra o dünyasını dəyişdi. Özüm gedib polisə təslim oldum. Əməlimdən peşmanam".

Məhkəmənin növbəti iclası fevralın 24-nə təyin edilib.

İstintaqla müəyyən edilib ki, o, qonşusu Bəhruz Məmmədovun bacısı oğlu Muradlı Əbəlfəzlə öz övladı Osman Həsənov arasında həmin kompleksin həyətində baş vermiş mübahisənin səbəbini aydınlaşdırmağa çalışıb.

Bu zaman Nahid Həsənov Bəhruz Məmmədovun onun övladı Ayan Həsənovanın ünvanına nalayiq ifadələr işlətməsini öyrənib. Buna görə onu öldürərək, qisas almaq qərarına gəlib.

Bu məqsədlə Nahid Bəhruz Məmmədovu kompleksin həyətində görüşə dəvət edib və cinayətkar niyyətini həyata keçirmək üçün özü ilə bıçaq da götürüb.

Nahid Həsənov həmin gün "Qobu Park-3" yaşayış kompleksində yerləşən 37 nömrəli binanın yan tərəfindəki yol ayırıcında Bəhruz Məmmədovla görüşərkən şəxsi münasibətlər zəminində əlbəyaxa olub. Bu zaman onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

Daha sonra üzərindəki bıçaqla Bəhruz Məmmədovun kürək nahiyəsinə 1 ədəd həyati təhlükə sayılan zərbə endirib. Nəticədə Bəhruz Məmmədov kəskin daxili qanitirmədən ölüb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Xəbər
Bu gün, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Bu gün, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Bu gün, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Bu gün, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Bu gün, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Bu gün, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Bu gün, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Bu gün, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Bu gün, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Bu gün, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Bu gün, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Bu gün, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Bu gün, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Oxşar xəbərlər