top
İqtisadçı: “Qiymət artımı ölkədə düyü sahəsini stimullaşdıracaq” - AÇIQLAMA
23 sentyabr 2024, 04:00
- ↺ +

İqtisadçı: “Qiymət artımı ölkədə düyü sahəsini stimullaşdıracaq” - AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycana 50 milyon 38.95 min dollar dəyərində 48 min 130 ton düyü idxal olunub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 17.3% və ya 7 092 ton, dəyər baxımından isə 36.4% və ya 13 milyon 353 min dollar çoxdur.

2023-ci ilin yanvar-avqust aylarında Azərbaycana 36 milyon 685 min dollar dəyərində 41 min 38 ton düyü gətirilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycana gətirilən düyünün bir tonunun orta idxal qiyməti 16.3% artaraq 1 039.6 dollara bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 893.9 dollar təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-avqust aylarında düyü idxalı Azərbaycanın ümumi idxalının 0.39%-nə bərabər olub.

Bəs görəsən, Azərbaycana idxal edilən düyünün bahalaşmasına hansı amillər təsir göstərir?

Mövzu ilə bağlı BakuPlus.az-a açıqlama verən iqtisadçı Emin Qəriblinin sözlərinə görə, tələb-təklif az olduğundan qiymətlərdə artım müşahidə olunur:

“Hazırda düyünün qiymətində ötən il ilə müqayisədə 1.5 dəfə artım var. Yaponiya ən çox düyü istehlak edən ölkədir. Onlar da etiraf edirlər ki, bu il qiymətlər daha yüksəkdir. Lakin iyul ayında qiymətlər 12 faizə qədər enmişdir. Lakin yenidən qalxdı. Şərq bazarlarında qiymətlər ötən ilə nisbətən 30 faiz çoxdur.

2023-cü ildə dünya bazarlarında təklif  və məhsullar az idi. Ona görə qiymətlər artdı. Bu halı aradan qaldırmaq üçün müvafiq işlər görüldü. Bazarda yaranan yüksək tələbin qarşısını almaq üçün ayrı-ayrı ölkələrin istehsalçıları istehsalı artırıblar. Hesab edirlər ki, 2024-cü ilin sonuna qədər qiymətlər normallaşacaq”.

Ekspert qeyd edib ki, ilin sonuna qədər düyünün qiyməti stabilləşəcək:

“2023-cü ildəki qiymətlərlə eyni olub-olmayacğı bəlli deyil. Qiymətlər nə qədər aşağı ensə də, yuxarı hesab olacaq. Lakin 1.5 dəfə qiymət artımı da müşahidə etməyəcəyik. Qiymətlər getdikcə stabilləşəcək. Məhsulun qiyməti tələb və təklifdən asılıdır. Qış aylarında tələb daha çox artarsa, hər şey ola bilər.

Düyü su tələb edən məhsuldur. Su baxımdan qıtlıq yaranır. Ona görə, bəzi ölkələr becərə bilmirlər. Təbii ki, burada qiymət dəyişikliyi baş verə bilər. Elmi- texniki tərəqqi ilə bu problemi həll edə bilərik. Düyünün qiyməti artdıqca bu sahəyə maraq da daha çox olacaq. Qiymət artımı ilə əlaqədar Azərbaycanın bir çox bölgələrində, eləcə də  Lənkəranda bu sahəyə diqqət artırılır. Qiymət artımı bir tərəfdən mənfi olsa da, digər tərəfdən müsbətdir. Qiymətlərdəki artım ölkədə bu sahəni stimullaşdıracaq”.

Həmsöhbətimizin sözlərinə görə, düyünün qiyməti 2008-ci ildə ən yüksək həddə çatıb.

“2024-cü il düyü bazarının ağır dövrüdür. Bu sahəyə investisiyalar artacaq. Çünki Yaponiya və Çində bu sahələrə investisiyalar çoxalıb. İnanıram ki, Azərbaycanda da artacaq.

Biz düyü sahəsinin istehlakçısıyıq. Şəxsən özüm yerli düyüdən alıram. Müşahidə edirəm ki, qiymətlər yüksəkdir. Stimul yaradan amil bazar özüdür. Qiymət artdıqca ixtisaslaşma gedəcək. Bu da tələbatı artırır”, - deyə E.Qəribli fikrini tamamlayıb.

[caption id="attachment_150980" align="alignnone" width="300"]İqtisadçı: “Qiymət artımı ölkədə düyü sahəsini stimullaşdıracaq” - AÇIQLAMA Foto açıq mənbədən[/caption]

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Oxşar xəbərlər