top
Rövşən İSAX: “Rejissor elə iş ərsəyə gətirməlidir ki, buna öz ailəsi çərçivəsində baxa bilsin” – ÖZƏL AÇIQLAMA
02 yanvar 2025, 03:02
- +

Rövşən İSAX: “Rejissor elə iş ərsəyə gətirməlidir ki, buna öz ailəsi çərçivəsində baxa bilsin” – ÖZƏL AÇIQLAMA

Stallone müsahibəsində deyib ki, kişi ideallarını, kişi xarakterini təlqin etdiyi üçün bugünkü Hollivud “Xaç atası” və yaxud “Rokki” kimi filmləri çəkə bilməzdi, imtina edərdi.

Son illərdə kinolarda, seriallarda, cizgi filmlərində kişi qəhrəmanlar çox zəif, ələ salınan formada təqdim olunur.

Azərbaycanda çəkilən bəzi filmlərdə də son zamanlar bu, özünü büruzə verir. Vaxtı ilə milli ruhu və qəhrəmanlıq obrazlarını özündə əks etdirən filmlərimiz çox olub. Məsələn, “Dədə Qorqud”, “Yeddi oğul istərəm”, “Nəsimi” kimi... İndi isə bu tip filmlərə rast gəlmək qeyri-mümkündür.

Bəs nə etmək lazımdır ki, gənclər “TikTok”da təlxəklik edən şəxslərdən deyil, rejissorların təqdim etdiyi güclü kişi obrazlarından örnək götürsünlər?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən rejissor Rövşən İsaxın sözlərinə görə, əvvəlcə problemin kökünə varmaq lazımdır:

“Bu çətin və uzun məsələdir. Mənə elə gəlir ki, bunun səbəbi son zamanlar formalaşmış yeni tip tamaşaçı, dinləyici kütləsidir. Bu kütlə üçün tamaşa etməkdənsə görmək, qulaq asmaqdansa eşitmək daha rahatdır. Yəni tamaşaçı və dinləyiciyə təsvir və ya səsi qavramaq üçün özündə minimal düşüncə, bəlkə də intellekt sərf etmək gərəkdir.

Dediyiniz adamlarda da intellekt səviyyəsi, İQ “level”i orta statistik adamlardan çox aşağıdır. Onlar üçün qeyd edilən platformalarda canlı yayım açan birinin Karneqidən, Çin fəlsəfəsindən, Dostoyevskidən, Van Qoqdan, Üzeyir Hacıbəylidən, Tofiq Tağızadədən və bu kimi başqa mənəvi dəyərlərdən söhbətləri maraqlı olmaz. Çünki onların ruhuna Bayram Nurlu, Baboş, Limonçik kimi danışıq və hərəkətlərini anlaması çox rahat olan personajlar münasibdir. Təəssüf ki, bu, belədir”.

R.İsax qeyd edib ki, çox təəssüf ki, son dövrlərdəki filmlərimizdə də bu tendensiya var:

“Şəxsən mən bunun qəti əleyhinəyəm. Bunlar tamaşaçını bəsit güldürmək və ya sinema klublara dartmaq üçün atılan ucuz addımlardır. Amma düşünmək lazımdır ki, komediya ərsəyə gətirmək, dramdan da, məhəbbət janrından da çətindir. Əvvəlki müsahibələrimdən birində demişəm, indi də fikrimdə qalıram ki, sənət adamı elə iş ərsəyə gətirməlidir ki, ilk növbədə buna öz ailəsi çərçivəsində baxa bilsin. Bu sualı özünə ünvanlasın: görəsən, mən bu epizoda, bu işə ailəm, övladlarımla bir yerdə baxa bilərəmmi?

Ən ağrılısı və çətini də bax, budur. Gözəl filmlərimiz var və sizi əmin edirəm ki, onlara hər dəfə baxdıqca tək sənət adamı kimi yox, bir kişi kimi fərdləri özümdə yenidən kəşf edirəm. Mənim üçün Babək əhəmiyyətini bir qədər də artırır. Rüstəm kişi daha da kişiləşir, yəni daha böyük dayaq olur. Birmənalı cavab vermək çətindir. İctimai qınaq? Bəlkə ailədaxili tərbiyə? Yoxsa bu cür sosial platformaların qadağan edilməsi? Qanunvericiliklə bunları təbliğ edənlərin cəzalandırılmasımı?

Düşünürəm ki, səbəb var. Nəticə də sözsüz olmalıdır. Elə isə o nəticəyə hansı yolla gedilməsindən asılı olmayaraq trayektoriya yalnız müsbət qarşılanmalıdır. Şəxsən mən bunun lehinə olaram”.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Dünən, 17:11

Xətai rayonunda aparılan inşaat işləri BİNALARI TƏHLÜKƏYƏ ATIR?

Xəbər
Dünən, 15:11

Bakıda tələbə faciəli şəkildə öldü

Xəbər
Dünən, 14:03

Gəlinlik salonunda satıcı müştərini çimdiklədi - "İy gəlirdi"

Xəbər
Dünən, 13:38

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI

Xəbər
Dünən, 12:26

Şəhid jurnalist Sirac Abışovun doğum günüdür

Xəbər
Dünən, 11:25

Azərbaycanın ilk Xalq artisti - Onu Bakıya kim dəvət etmişdi?

Xəbər
Dünən, 10:15

Yol polisi sürücülər müraciət etdi: DİQQƏTLİ OLUN

Xəbər
Dünən, 09:23

Milli Qəhrəman, jurnalist - Yaşasaydı 66 yaşı olacaqdı...

Xəbər
28 avqust 2026, 23:48

6 idmançımız yarımfinala yüksəldi - Çimərlik güləşi üzrə Dünya Seriyası...

Xəbər
28 avqust 2026, 22:12

Sənədsiz ev problemi necə həll oluna bilər? – Açıqlama

Xəbər
28 avqust 2026, 21:10

Xidmət rəisi: "Kommunikasiya xətlərinin üzərində tikilən evlərin sənədləşdirilməsi mümkün deyil"

Xəbər
28 avqust 2026, 19:43

Polşa səfiri XİN-ə çağırıldı, etiraz notası təqdim edildi

Xəbər
28 avqust 2026, 18:02

IV qrupda ali məktəbə qəbul ola bilməyənlər üçün alternativ seçimlər - DİM sədri AÇIQLADI

Xəbər
28 avqust 2026, 17:16

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

Xəbər
28 avqust 2026, 15:20

Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu

Xəbər
28 avqust 2026, 14:35

"Biz "Qarabağ"dan çox şey öyrəndik" - "Sabah"ın baş məşqçisi

Xəbər
28 avqust 2026, 13:30

Bakıda tarixi binalarda təmir işləri görənlərə xəbərdarlıq olundu

Nizami
28 avqust 2026, 12:17

Əvvəl sevgilisini, sonra özünü öldürüb - Detallar məlum oldu

Xəbər
28 avqust 2026, 11:40

Nigar Fərhadın ərini DTX həbs edibmiş

Xəbər
28 avqust 2026, 11:38

Xırdalan-Biləcəri sahəsində təmir işləri başlayıb

Xəbər
28 avqust 2026, 10:38

Bakıda ata maşın almaq istəyən oğlunu bıçaqladı

Xəbər
28 avqust 2026, 09:55

Azərbaycanda bu universitetlər təhsil haqqını artırdı

Xəbər
28 avqust 2026, 09:53

Rübabə Muradovanın anım günüdür

Xəbər
27 avqust 2026, 18:00

Bakıda sirkə turşusu kişinin həyatına SON QOYDU

Oxşar xəbərlər